Süni intellektin inkişafı hansı peşələri sıradan çıxaracaq? - AÇIQLAMA
Tarix: 20-07-2024, 12:00
Baxılıb: 3 438
Google+ Paylaş
Tumblr Paylaş

Süni intellektin inkişafı hansı peşələri sıradan çıxaracaq? - AÇIQLAMA

20-07-2024, 12:00

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yaxın 10 ildə süni intellektin əmək bazarına təsiri nəticəsində 85 milyon insanın iş yerini itirəcəyini, yeni səriştələr tələb edən 95 milyon iş yerlərinin açılacağını deyib.
AvroMedia.az xəbər verir ki , “l, ll və lll sənaye inqilabları öz dövrünün çox əhəmiyyətli hadisəsi idi. Bu tarixi proseslərdə dünyada milyonlarla insan öz işini itirdi. I sənaye inqilabında buxarlı matorlar icad olunanda, ll sənaye inqilabında elektrik icad olunanda, lll sənaye inqilabında elektronika icad olunanda bir çox sahələrdə çalışan fəhlələlər, köhnə texnologiyalara əsaslanan peşələr öz fəaliyyətini dayandırdılar. Lakin həmin sənaye inqilablarının hər birindən sonra yeni peşələr yarandı”.
Onun sözlərinə görə, süni intellektin həyatımıza gəlməsi ilə insanlar işsiz qalmayacaq:
“Süni intellektin həyatımıza daxil olması ilə insanların işsiz qalacağını düşünmürəm. Çünki insan var edən, icad edən, inkişaf etdirən varlıqdır. İnsan təfəkkür müstəvisində daha çox işlər görür. Fiziki əmək azaldıqca insan beyin təfəkkürünə daha çox yönəlir. Ola bilər ki, süni intellekt nəticəsində bir çox iş yerləri sıradan çıxıb, aktuallığını itirsin”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ