Baş nazirin müavini Əli Əhmədov sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyi rəsmən təsdiqlənən gündən seçkilər başa çatanadək vəzifəsinin icrasını dayandıracaq.
AvroMedia.az xəbər verir ki, Ə.Əhmədov həmin müddətdə məzuniyyətə çıxacaq.
Seçki Məcəlləsinin 69.2-ci bəndinə əsasən, dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan və ya media subyektlərində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri seçki (referendum) kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar (bu qayda Azərbaycan Respublikası Prezidentinə, Milli Məclisin deputatlarına və bələdiyyə üzvlərinə şamil edilmir), müvafiq əmrin (sərəncamın) təsdiq edilmiş surətini qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim edirlər, onlar öz vəzifə və xidməti mövqeyindən imtiyaz qazanmaq və üstünlük əldə etmək məqsədi ilə istifadə edə bilməzlər.
Xatırladaq ki, Əli Əhmədov YAP-ın deputatlığa namizədləri sırasındadır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi