Ukrayna hərbi yardım çərçivəsində İsveçlə Saab JAS-39 “Gripen” qırıcılarının tədarükü ilə bağlı danışıqlar aparır.
AvroMedia.az xəbər verir ki, bunu "Amerikanın səsi" radiosuna müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva deyib.
Onun sözlərinə görə, Ukraynaya “Gripen” tədarükü mövzusu ölkə Prezidenti Vladimir Zelenski tərəfindən İsveç rəsmiləri ilə danışıqlar zamanı mütəmadi olaraq qaldırılıb, lakin Stokholm NATO-ya qoşulmazdan əvvəl heç bir vəd verməyə hazır deyildi.
Xatırladaq ki, bu ilin əvvəlində İsveç parlamenti Ukraynaya “Gripen” qırıcılarının verilməsini dəstəkləmişdi. Lakin mayın sonunda İsveçin müdafiə naziri Pol Conson ölkəsinin F-16-ların təhvil verilməsinə diqqət yetirmək üçün Ukraynaya “Gripen” tədarük planlarını dayandırdığını bildirib.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur