Keçmiş prezident deputat oldu
Tarix: 8-07-2024, 08:17
Baxılıb: 2 454
Google+ Paylaş
Tumblr Paylaş

Keçmiş prezident deputat oldu

8-07-2024, 08:17

Fransanın keçmiş prezidenti Fransua Olland rəhbərlik etdiyi Korrez dairəsində keçirilən seçkilərdə qalib gələrək deputat seçilib.
AvroMedia.az xəbər verir ki, bu barədə “Le Monde” yazıb.
“Köhnə seçki dairəsində solçu Yeni Xalq Cəbhəsi (NFP) alyansı üçün namizədliyini irəli sürən Fransua Olland bazar günü, iyulun 7-də keçirilən parlament seçkilərinin ikinci turunda Milli Məclisə deputat seçilib”, – deyə nəşr qeyd edib.
O, 43,29% səs toplayıb və bununla da ifrat sağçı Milli Birlik Partiyasının namizədi Mayti Pujeni (31,43%) qabaqlayıb.
Fransa prezidenti Emmanuel Makronun partiyasından olan parlament üzvü Fransua Dübua 25,28% səs toplayıb və bununla da üçüncü yeri tutub.
Xatırladaq ki, iyulun 7-də Fransada növbədənkənar parlament seçkilərinin ikinci turu keçirilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ