Sevastopolu Rusiya özü vurub - Ekspertdən şok
Tarix: 25-06-2024, 08:00
Baxılıb: 2 520
Google+ Paylaş
Tumblr Paylaş

Sevastopolu Rusiya özü vurub - Ekspertdən şok

25-06-2024, 08:00

Krımda çimərliyə endirilən zərbə ATACMS raketi ilə həyata keçirilməyib. Orada tapılan hissələr Rusiyanın 9M330 zenit raketinin elementləri kimi müəyyən edilə bilər.
AvroMedia.az xəbər verir ki, bu barədə ukraynalı ekspert Aleksandr Kovalenko deyib.
"Sevastopolda baş verən bu hadisə ilə bağlı olduqca maraqlı məqam var. Ruslar Ukrayna raketinin istifadə olunduğuna dair bir dənə də olsun dəlil dərc etməyiblər", - o vurğulayıb.
Ekspertin sözlərinə görə, bir fotoşəkil dərc edilib ki, ondan da bunun TOR-M2 hava hücumundan müdafiə sistemindən atılan 15 km-lik yaxınmənzilli 9M330 zenit raketinin olduğunu müəyyən etmək mümkündür:
“Bu, Rusiya kompleksi və Rusiya raketidir”.
Qeyd edək ki, Sevastopola endirilən raket zərbəsi zamanı 4 nəfər ölüb, 151 nəfər yaralanmışdı.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ