Prezident Co Baydenin Ukraynanın ABŞ silahları ilə Rusiya ərazisindəki hədəflərə hücumunu qadağan etməsi həmkarı Vladimir Putinə hədiyyəsidir.
AvroMedia.az xəbər verir ki, bunu köşə yazarı Dominik Louson "Sandey Tayms" qəzetində yazıb.
O qeyd edib ki, Ağ Ev rəhbəri Ukraynanın Putinin ordusunu dəf etmək cəhdini dəstəkləmək üçün lazım olanı edəcəyini desə də, Kiyevin Rusiya ərazisində və ya onun üzərində Amerika silahlarından istifadə etməsinə icazə vermir:
"Bu siyasət indi ukraynalılar üçün ölümcül oldu. Rusiya qüvvələri Xarkovu darmadağın edir, silahlarını sərhədin düz önünə yerləşdirir və bundan sonra da yeni ərazi ələ keçirsə, Ukraynanın ikinci şəhərini öz artilleriyasının poliqonuna çevirəcək. Bununla belə, Ukrayna hələ də ABŞ silah sistemlərindən onu viran edən anbarlara və bazalara hücum edə bilmir".

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi