“Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsi ilə bağlı müəyyən fikir ayrılıqları qalmaqdadır, lakin sənədin mətninin razılaşdırılması işləri davam etdirilir”.
AvroMedia.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan “24News” portalına müsahibəsində bildirib.
“Biz ümidvarıq ki, vahid mətnə nail ola biləcəyik, bu istiqamətdə işlər davam etdirilir. Hər görüşdə hər iki tərəfin mövqelərini yaxınlaşdırmağa çalışırıq”, – o deyib.
Kostanyan əlavə edib ki, Ermənistan və Azərbaycan XİN başçılarının növbəti görüşünün tarixi hələlik razılaşdırılmayıb. Ararat Mirzoyan və Ceyhun Bayramov sonuncu dəfə mayın 11-də Almatıda görüşüblər. Tərəflər hələ də fikir ayrılıqlarının olduğu məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər. (Qafqazinfo)

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi