Lukaşenkonun rəsmi qarşılanma mərasimi oldu
Tarix: 16-05-2024, 11:23
Baxılıb: 2 776
Google+ Paylaş
Tumblr Paylaş

Lukaşenkonun rəsmi qarşılanma mərasimi oldu

16-05-2024, 11:23

Azərbaycana dövlət səfərinə gələn Belarus Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub.
AvroMedia.az xəbər verir ki, hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı meydanda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Belarus Prezidentinə raport verib.
Belarus Respublikasının və Azərbaycan Respublikasının Dövlət Himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Belarus Prezidentinə, Belarus nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ