Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan
Tarix: 10-05-2024, 22:24
Baxılıb: 3 583
Google+ Paylaş
Tumblr Paylaş

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

10-05-2024, 22:24

Azərbaycanla başlayan demarkasiya prosesinə qarşı çıxan revanşistlərin İrəvanda təşkil etdiyi bugünkü mitinqdə Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan da çıxış edib.
Axar.az xəbər verir ki, o, guya delimitasiya nəticəsində Ermənistanın müdafiəsinin çökəcəyini, “çat yaranacağını” bildirib.
“Sonra bu boşluğu aradan qaldırmaq üçün illər lazım olacaq. Nəticədə, təkcə kəndlər deyil, həm də bütün Ermənistan, ölkənin mövcudluğu həssas olur. Bütün bunlardan sonra müdafiə, istehkam, hazırlıq baxımından daha heç nəyimiz olmayacaq. O, elə bir zonaya çevriləcək ki, düşmən oradan öz qüvvələrini və resurslarını maneəsiz hərəkət etdirə biləcək və genişlənəcək”, - Xaçatryan deyib.
Qeyd edək ki, Ermənistanın müdafiəsinin necə olmasından asılı olmayaraq, Azərbaycanın işğal altında olan kəndləri geri qaytarılmalıdır.
Digər tərəfdən, Azərbaycan Ordusunun qarşısında Ermənistanın bütün müdafiəsinin “həssas” olduğu 2021, 2022 və 2023-cü il əməliyyatları zamanı tam üzə çıxdı. Azərbaycan Ordusu sərhəddəki bütün strateji yüksəkliklərə nəzarət edir, o cümlədən Qafan aeroportunun da yaxınlığındadır.
Bu baxımdan yalnız bu delimitasiya ilə Ermənistanın müdafiəsinin “zəiflədiyini” iddia etmək yalandır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ