Vladimir Zelenskinin Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olduğunu elan etməsi Kremlin hazırda Ukrayna ilə hər hansı sülh danışıqlarının reallığına artıq arxalanmadığına işarədir.
AvroMedia.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Mülki Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Ukrayna Silahlı Qüvvələrinə Amerikanın uzaqmənzilli ATACMS raketlərinin və Anqlo-Britaniya “Storm Shadow” qanadlı raketlərinin yeni partiyalarının tədarükünü nəzərə alsaq, qarşıda genişmiqyaslı eskalasiya var: Kiyev bu il mayın ilk ongünlüyündə mümkün terror aktlarına başlaya bilər”, - ekspert vurğulayıb.
Xatırladaq ki, Moskvada 7 mayda Rusiya lideri Putinin andiçmə mərasimi, 8 mayda Aİİ-nin 10 illik yubileyi keçiriləcək, 9 mayda isə Qələbə Günü qeyd ediləcək. Bu tarixlərdə Ukraynanın hücumu gözlənilir.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur