“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov Almatıda görüşəcəklər”.
AvroMedia.az “Aysor” portalına istinadən xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan deyib.
“Bildiyimiz kimi, Qazaxıstan tərəfinin təklifi əsasında Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü barədə razılıq var. Görüşün Almatıda baş tutacağı dəqiqləşib”, - deyə Badalyan qeyd edib.
Bununla belə, görüşün konkret tarixi açıqlanmayıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəyini deyib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi