İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi cənub istiqamətində “müharibənin davam etdirilməsi” planlarını təsdiqləyib.
AvroMedia.az xəbər verir ki, Halevi Cənub Komandanlığının qərargahında “vəziyyəti qiymətləndirmək və müharibənin davam etdirilməsi planlarını təsdiqləmək” üçün toplantı keçirib.
İclasda Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman və komandanlığın digər zabitləri iştirak ediblər.
Bu görüşün nəticələri ilə bağlı başqa təfərrüatlar verilməyib.
Qeyd edək ki, bundan əvvəl amerikalı tərəfdaşlar dəfələrlə İsrailə Qəzza zolağının Misirlə sərhəddində yerləşən Rəfah şəhərindəki qaçqın düşərgəsində hərbi əməliyyat keçirməməsi barədə xəbərdarlıq ediblər.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb