İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
Tarix: 19-04-2024, 10:20
Baxılıb: 1 620
Google+ Paylaş
Tumblr Paylaş

İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb

19-04-2024, 10:20

İran İsrailə hücum etməklə Tehranın cavab vermək üçün vasitələri olduğunu göstərmək istəyib.
AvroMedia.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib.
“Məqsəd İsrail hökumətinə aydın siqnal göndərmək və onlara bildirmək idi ki, bizim cavab vermək üçün imkanlarımız var. Bir daha təkrar edirəm: biz regionda xaosun, müharibənin və gərginliyin genişlənməsinin əleyhinəyik”, – deyə o bildirib.
Diplomat vurğulayıb ki, 13 aprel hücumu məhdud xarakter daşıyır və minimum çərçivədən kənara çıxmayıb.
Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran silahlı qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və  “yer-yer” sinfinə aid olan 110 raket atıb. Tehran bəyan edib ki, bu, aprelin 1-də ölkənin Dəməşqdəki (Suriya) konsulluğuna edilən hücuma cavabdır. (oxu.az)
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ