ABŞ Ermənistanı Azərbaycanla yekun razılığa gəlməyə çağırır.
Bu barədə ABŞ Dövlət Departamenti rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O Brayen Brüsseldə jurnalistlərə Birləşmiş Ştatların dövlət katibi, Avropa Komissiyasının rəhbəri və Ermənistanın baş nazirinin üçtərəfli görüşünün nəticələrindən danışarkən deyib.
"Görüş Ermənistanda aparılan islahatlara həsr olunmuşdu, lakin biz təbii ki, onu sülh yoluna davam etməyə və Azərbaycanla yekun razılığa gəlməyə təşviq etdik”, - amerikalı rəsmi bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regional təhlükəsizliyi və rifahı təmin etmək üçün ən yaxşı yoldur. Xüsusilə, bu, Aralıq dənizi regionundan Mərkəzi Asiyaya yeni ticarət yolları açacaq.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası