Ərdoğan 12 ildən sonra İraqa səfər edəcək
Tarix: 3-04-2024, 15:56
Baxılıb: 2 141
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğan 12 ildən sonra İraqa səfər edəcək

3-04-2024, 15:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də İraqa səfəri planlaşdırılır.
AvroMedia.az A Haber telekanalına istinadla xəbər verir ki, bu, Türkiyə dövlət başçısının 12 ildən sonra İraqa ilk səfəri olacaq.
 
Telekanalın məlumatına görə, hazırda Türkiyə liderinin Bağdad səfərinə fəal hazırlıq gedir. Rəcəb Tayyib Ərdoğanın İraqda səfəri zamanı terrorla mübarizə də daxil olmaqla, bir sıra saziş və memorandumların imzalanacağı gözlənilir.
Analitiklərin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK-ya qarşı yeni hərbi əməliyyat keçirə bilər və Ankara bunun üçün İraq hakimiyyətinin dəstəyini qazanmağa çalışır.
Eyni zamanda, aprelin 24-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Ankaraya səfəri gözlənilir. Bu, Almaniya prezidentinin son 10 ildə Türkiyəyə ilk səfəri olacaq. Danışıqların gündəliyinə Avropaya inteqrasiya və təhlükəsizlik məsələləri, həmçinin ticarət-iqtisadi əməkdaşlıq daxil ediləcək. “Eurofighter” qırıcılarının Türkiyəyə satılması məsələsi də hələlik həll olunmamış qalır. Belə ki, Almaniya konsorsiumun iştirakçısı kimi bu sövdələşməyə razılıq verməyib.
Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-da Prezident Cozef Baydenlə görüşəcək. Eyni zamanda, Misir prezidenti Əbdül-Fəttah əs-Sisi və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis may ayında Türkiyəyə səfər edəcək.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ