Azərbaycanın Baş naziri Əli Əsədov martın 16-da Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus ilə görüşüb.
Görüşdə XI Qlobal Bakı Forumunun önəmi vurğulanıb, çox sayda ölkədən dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin burada iştirakı tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirilib.
Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər və dinamik inkişaf yolu barədə məlumat verilib. Ölkəmizdə bütün sahələrdə, xüsusilə iqtisadi sahədə aparılan genişmiqyaslı islahatların müsbət nəticələr verdiyi vurğulanıb.
Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusun dünya miqyasında yoxsulluğa qarşı mübarizə istiqamətində uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası