Putinin iştahı güclüdür: Ukraynadan sonra bu ölkələrdir!
Tarix: 27-02-2024, 09:24
Baxılıb: 3 588
Google+ Paylaş
Tumblr Paylaş

Putinin iştahı güclüdür: Ukraynadan sonra bu ölkələrdir!

27-02-2024, 09:24

Rusiya lideri Vladimir Putinin ambisiyaları nəhəngdir. Təkcə Baltikyanı ölkələri deyil, Gürcüstanı, Moldovanı da əhatə edir.
Axar.az xəbər verir ki, bu barədə NATO-nun Avropadakı qoşunlarının keçmiş baş komandanı Uesli Klark deyib.
O bildirib ki, Moskva çoxdan digər ölkələrin ərazilərinə iştahını nümayiş etdirir:
“Moldova, yaxud Baltikyanı ölkələr – Estoniya, Latviya, Litva. Ya da Polşa, Gürcüstan... Moskva rusların əcnəbi torpaqları zəbt etmək üçün köhnə, bir neçə əsrlik iştahını nümayiş etdirir", - Klark bildirib.
General vurğulayıb ki, Rusiya hazırda imkanların onun tərəfində olduğuna əmindir.
Klarkın fikrincə, dünyanın və Ukraynanın əsas vəzifəsi Putinə qalib olduğunu yox, uduzduğunu göstərməkdir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ