Batyadan şok: Milyardlıq təkliflə Bakıdan İrəvana getdim...
Tarix: 26-02-2024, 11:10
Baxılıb: 2 352
Google+ Paylaş
Tumblr Paylaş

Batyadan şok: Milyardlıq təkliflə Bakıdan İrəvana getdim...

26-02-2024, 11:10

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün keçirilən parlament seçkilərində səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
 Belarus prezidenti vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində vasitəçi rolunu oynamasından danışıb.
Lukaşenkonun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il ərzində sülh yolu ilə nizamlanmaya çağırış etməklə yanaşı, Ermənistan tərəfinə maliyyə dəstəyi də təklif edib:
“Mən özüm də bilmədən vasitəçi oldum - Bakıdan İrəvana getdim və bu təklifi çatdırdım. Azərbaycan zəngin ölkədir. Ermənistan iqtisadiyyatına milyardlarla dollar investisiya təklifi vardı... Bu məsələnin sülh yolu ilə həlli üçün çoxlu təkliflər olub”.
Lukaşenko deyib ki, Ermənistanın əvvəlki rəhbərliyi sülh yolu ilə nizamlanmaya razı olmayıb və problemli məsələlər yığılıb qalıb:
”Bütün bunlar Nikol Vovayeviç Paşinyanın, onun hökumətinin üzərində qalıb. Baş verənlərə görə əslində onun günahı azdır. Amma bu problemi həll etmək lazım idi”, - Belarus dövlətinin başçısı bildirib.
“Yaxşı, biz müharibəni başa vurduq. Bizim mövqeyimiz necə olmalıdır? Ermənilər bizim əzizlərimiz, əziz xalqımızdır. Azərbaycan yad ölkədir? Ona görə də bu vəziyyətə düşdük. KTMT-nin bu münaqişəyə cəlb edilməsi üçün heç bir səbəb yox idi ”, - Lukaşenko vurğulayıb.
O, bu mövzunun bir neçə dəfə müzakirə olunduğunu və KTMT-nin bütün üzvləri üçün Azərbaycanın xarici ölkə olmadığını qeyd edib:
“KTMT-də çoxlu müsəlman ölkə var. Bunu siz də başa düşürsünüz. Bu, qismən müvafiq mövqedir. Üçüncüsü, Ermənistan özü Azərbaycanla arasındakı müharibəyə qarışmağımızı istəyirdimi? Hesab edirəm ki, Azərbaycan və Ermənistan, təəssüf ki, müharibə yolu ilə sonda məsələnin düzgün həllinə gəliblər”.
Lukaşenko Ermənistanın Fransa ilə əlaqələrinə də işarə edib:
“Onlar hər zaman orada, Fransada Emmanuel Makronla əlaqə saxlayırlar. Sonrakı bəyanatlar vardı: Fransa hava hücumundan müdafiə sistemləri, hərbi sahədə və iqtisadiyyatda Ermənistana kömək edəcək, ümumiyyətlə, İrəvanı "çiyninə alıb daşıyacaq". Heç kim heç kimi çiynində daşımayacaq. Fransada baş verənləri görürsüz. Ona görə də İrəvandakı siyasətçilər ayılmalı və sahib olduqlarını da itirməməlidirlər”.Müsavat.com
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ