Bu ölkələrin prezidentləri İlham Əliyevi təbrik edib
Tarix: 13-02-2024, 18:12
Baxılıb: 2 928
Google+ Paylaş
Tumblr Paylaş

Bu ölkələrin prezidentləri İlham Əliyevi təbrik edib

13-02-2024, 18:12

Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır və bu şərəfli, həmçinin məsuliyyətli missiyanın yerinə yetirilməsində uğurlar arzulayıram.
Ümidvaram ki, Polşa ilə Azərbaycan arasında uzunmüddətli dostluq və məhsuldar əməkdaşlıq bundan sonra da dinamik inkişaf edərək həm dövlətlərimizə, həm də xalqlarımıza nəzərəçarpacaq faydalar gətirəcəkdir. Həmçinin ümid edirəm ki, ölkələrimiz arasında intensiv siyasi dialoqun davam etdirilməsi və ikitərəfli münasibətlər xüsusən də iqtisadi sahədə birgə layihələrin və öhdəliklərin həyata keçirilməsi yolu ilə davamlı şəkildə inkişaf etdiriləcəkdir. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin yeni əməkdaşlıq Sazişi çərçivəsində daha da dərinləşəcəyinə və bunun ikitərəfli sahədə də nəzərəçarpacaq faydalar gətirəcəyinə ümidvaram.
Cənab Prezident, arzu edirəm ki, növbəti səlahiyyət müddətinizdə Azərbaycanın hərtərəfli inkişafı, ölkənin beynəlxalq aləmdə imicinin möhkəmləndirilməsi üçün nəzərdə tutduğunuz bütün proqramları həyata keçirəsiniz.
Bundan əlavə, mən Sizin üçün əlverişli vaxtda Polşaya rəsmi səfər dəvətimi bir daha təsdiq edirəm.
Cənab Prezident, Sizə cansağlığı, Azərbaycan Respublikasının möhkəmlənməsi və onun bütün vətəndaşlarının firavanlığı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram".
***
Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonq Azərbaycan Prezidentə İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Cənab Prezident.
İcazə verin, Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Vyetnam Sosialist Respublikasının dövləti və xalqı adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edim.
Vyetnam Sizin rəhbərliyinizlə ölkənin quruculuq və inkişafı işində Azərbaycan xalqının əldə etdiyi nailiyyətləri maraqla izləyir və buna görə sevinir.
Tam əminəm ki, Vyetnam və Azərbaycan arasında ənənəvi dostluq, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq getdikcə daha da möhkəmlənəcək, inkişaf edəcək və bu, iki xalqın istəklərinə və maraqlarına cavab verəcək.
Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və şərəfli vəzifənizdə çoxlu qələbələr arzulayıram
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ