İlham Əliyev prezident seçkilərinin fovaritidir!
Tarix: 24-01-2024, 11:00
Baxılıb: 2 939
Google+ Paylaş
Tumblr Paylaş

İlham Əliyev prezident seçkilərinin fovaritidir!

24-01-2024, 11:00

Çox təəssüf ki, dünya düzənini müəyyən etməyə çalışan, öz mövqelərindən sui istifadə edərək başqalarına necə yaşamaq, necə davranmaq dərsi keçmək istəyən bəzi dövlətlərin və beynəlxalq təşkilatların birbaşa təqsiri üzündən  indi bəşəriyyət ədalətsiz, qəddar, hər dəqiqə alovlanmağa məhkum olan, beynəlxalq hüququn dəfn edildiyi, sözün əsl mənasında cəngəllik qanunlarının bərqərar olduğu dünyada yaşamağa məhkum edilməkdədir. Belə bir şəraitdə ölkəni, dövləti, dövlətçiliyi hər an qarşıya çıxa biləcək təhlükədən qorumaq dövlət başçılarından, dövlət yetkilərindən  böyük məsuliyyət və məharət tələb edir.

Başda ABŞ, Fransa, son zamanlar həm də Almaniya olmaqla, bəzi qərb dövlətlərinin Azərbaycanı, qardaş Türkiyəni, yalnız türk–müsəlman olduqlarına, müstəqil siyasət yürütdüklərinə görə mütəmadi olaraq sıxışdırmağa çalışdıqları, bu alınmadıqda -sanksiyalarla hədələdikləri, daxili üzüdönüklərin, satqınların vasitəsilə ölkələrimizdə çaxnaşmalar yaratmağa cəhd etdikləri və bu əməllərindən hələ də əl çəkmədikləri hər kəsə gün kimi aydındır. Yalnız öz mənfelərini güdən,   başqalarına “buyruq qulu” kimi baxmağa adət etmiş bu mənfurlar, onların sözlərinə, göstərişlərinə böyun əyməyənləri, mənfelərinə cüzi də olsa toxunanları müxtəlif yollarla, üsullarla cəzalandırmaq şakərindən əl çəkmək istəmirlər. Məhz bu səbəblərdəndir ki, son üç ildə ərazi bütövlüyünü və süverenliyini bərpa edən Azərbaycana qarşı total hücumlar səngimir, ərazi bütövlüyünü bərpa edən Azərbaycanı müxtəlif yollarla  cəzalandırmaq cəhdindən əl çəkmirlər, mənfur, qaniçən, faşistpərəst erməni revanşistlərini hər vəclə şirnikləndirirlər: ABŞ-da anti-Azərbaycan, qatı ermənipərtlik getdikcə qüvvətlənməkdədir, Fransa  Ermənistanı  silahlandırır, yeni müharibələrə hazırlamağa cəhd edir, türk düşmənçiliyi o həddə çatıb ki, Ermənistan məsələsini özünün xarici siyasətinin prioriteti sırasına daxil edib, Almaniya Ermənistan-Azərbaycan sərhədlərinə nəzarəti əlinə almaq istəyir. Bunlar azmış kimi Fransanın, eləcə də Almaniyanın, təhriki ilə erməni lobbisinin ciddi təsiri altında olan, mütəmadi olaraq anti-Azərbaycan bəyanatları ilə çıxış edən Avropa Parlamentinin ardınca Avropa Şurası Parlament Assambleyası (AŞ PA) da Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirməkdədir. Belə ki, AŞ PA yanvar ayının 22-də  işə başlayan qış sessiyasının ilk iclasında almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təklifni qəbul edib. Səbəb də bəllidir. Hər vəchlə müstəqil xarici siyasət yürüdən dövlətlər hədəfə alınır. 30 il Azərbaycan torpaqlarının işğalına göz yuman, heç bir sülh təşəbbüsü ilə çıxış etməyən AŞ PA-nın bu mövqeyi qərəzin pik həddi hesab oluna bilər. AŞ PA-nın anti-Azərbaycan qərarına 24 saat ərzində Monitorinq Komitəsində baxılacaq. Ancaq qərarın necə olacağından asılı olmayaraq AŞ PA-nın Azərbaycana qarşı düşmənçiliyi göz qabağındadır. AŞ PA-da unudurlar ki, Azərbaycan Avropaya deyil, Avropa Azərbaycana daha çox möhtacdır. Biz AŞ PA-sız da keçinə bilərik. Atalar demişkən “xoruz yox idi, “səhər açılmırdı”?
Qərb dövlətlərinin və başıbəlalı beynəlxalq təşkilatların anti-Azərbaycan mövqeyinə Rusiyanın ölkəmizə qarşı riyakar siyasətini, Paşinyanın Qarabağın  Azərbaycan ərazisi olduğunu bəyan etməsini ona bağışlamadığını,  “sülhməramlı” adı altında ölkəmizə soxulan silahlı qüvvələrinin ərazilərimizdən çıxarmamaq üçün hələ də “erməni məsələsini” gündəmdə saxlamaq istədiyini  də əlavə etsək dövlətimizə, dövlətçiliyimizə qarşı düşmənlərimizin iş birliyi ilə üz-üzə qaldığımızın fərqində olmalıyıq. Belə bir şəraitdə bizlərdən tələb olunan ən ümdə məsələ daxili sabitliyimizi qorumaqdan, düşmənlərimizin ölkəmizdə siyasi sabitliyi pozmaq cəhdlərinin qarşısını hamılıqla almaqdan, xalq-iqtidar birliyini daha da möhkəmləndirməkdən ibarət olmalıdır. Məsələyə bu nöqteyi-nəzərdən yanaşıldıqda, bir daha, 7 fevral 2024-cü ildə növbədənkənar prezident  seçkilərinin keçirilməsi haqqında qərarın vaxtında və haqlı olaraq verildiyi qənaətinə gəlmək olaq. Mübaliğəsiz demək olar ki, bu qərar dümənlərimizin ölkəmizə qarşı məkirli fikirlərinin alt-üst edilməsində mühüm rol oynayıb.
Məlumdur ki, prezident seçkilərində bir neçə namizəd iştirak edir. Onların hansı məqsədlə seçkilərə qoşulmasından asılı olmayaraq hamısına müvəffəqiyət arzulayıram. Ancaq, yəqin ki, onların hamısı  44  günlük Vətən Müharibəsinin və qısamüddətli antiterror əməliyyatının, dövlətimizin ərazi bütövlüyünün və süverenliyinin bərpasının memarı olan, xalqımızın mütləq əksəriyyətinin rəğbətini qazanmış İlham Əliyevin seçkinin fovariti olduğunu bilməmiş deyillər. Əminliklə demək olar ki, indiki şəraitdə İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi dövlətimiz, vətənimiz və xalqımız üçün yeganə düzgün seçim olardı və bunun  belə olacağı heç bir şübhə doğurmur.
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanın uğurlarını həzm edə bilməyən düşmənlərimiz  ölkəmizə qarşı məkirli fikirlərindən əl çəkmək istəmirlər. İndiki şəraitdə xalqımızın bədxaxlarımızın  bu mənfur fikirlərini darmadağın edə biləcək bir liderə ehtiyacı vardır. Əminliklə demək olar ki, bu lider İlham Əliyevdir!

23 yanvar 2024-cü il
Siyasi şərhçi Teyyub Qənioğlu

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ