Xalqımıza və Prezidentimizə dil uzatmağa çalışanlara...
Tarix: 26-12-2023, 23:13
Baxılıb: 2 851
Google+ Paylaş
Tumblr Paylaş

Xalqımıza və Prezidentimizə dil uzatmağa çalışanlara...

26-12-2023, 23:13

   İnternet məkanında dövlətimizin rəhbərinə qarşı, hərbi uğurlarımıza qarşı xaricdə oturub qarayaxanlar, iftira və söyüş püskürənlər sizin də qarşınıza çıxır, yəqin ki. Qarşınıza çıxmamağı mümkün deyil, çünki, düşmənlərimiz çoxlu pullar xərcləyirlər ki, məhz onlar hər birimizin qarşısına çıxsınlar. Ölkəmizdə Prezident seçkiləri elan olunduqdan sonra bu üzdəniraqların aktivliyi birə yüz artıb.
İndi elə bir insancığazın çıxışına qulaq asdım və isti- isti də fikrimi yazmaq qərarına gəldim.
Sadəcə müşahidələrimlə bölüşəcəyəm. 
İlk olaraq bu insanların ifrat təhqirlə yoğrulmuş açıq söyüşləri gözə girir. Elə bil ki, kimsə bunları bu ifratçılığa təhrik edir, bəlkə maddi cəhətdən bunların söyüş dərəcələrini təşviq də edirlər.
Azərbaycanlılara xas mentalitet var. Məsələn, müharibədə belə bizim insan uşağa, qadına, ahıla təcavüz etməz. Azərbaycanlı heç vaxt hamılə qadının qarnını yırtmaz, yaşlı insanın başın kəsməz və sairə... 
Bu sadaladıqlarımı kimlərin yaxşı bacardıqlarını, hətta bununla qürrələnənlərin kimlər olduğunu hamı yaxşı bilir...
Azərbaycanlı da söyüş söyər, amma söyüşdə belə üzdəniraq blogerlərdən fərqli olaraq aşarı ifrata varmaz.
İzahım yalnız budur, ya bunların qarışıqları var, ya da bunlar ölümcül təhriklərə məruz qalırlar.
Bu təhqir qəhrəmanlarına baxanda, mənim içimdə ikrah hissi ilə yanaşı, bir fikir də doğur: yaxşı, bunların vətənpərvərlikləri başlarına dəysin, çünki görünən odur ki, bunlar keçiblər tam düşmənlərimizin tərəfinə. 
Hətta, əzəli torpaqlarımızı azad etməyimizi bunlar öz şəxsi faciələri kimi qəbul edirlər. 
Sadə bir sual da verməyə bilmirəm. Bu insanlarda vicdan varmı? 
Başa düşürəm burada mənim vicdan kimi mənəvi dəyəri səsləndirməyim absurddur, amma yenə də, əgər insandırlarsa, olmalıdır axı o nəsnə! Bu nəsnə ilə Azərbaycanın xəritəsindən Dağlıq Qarabağ adlı yüzillik Qara Ləkəni silən bir insanın şücaətini, rəşadətini, qəhrəmanlığını necə görməyə bilirlər?!
Niyəsə xoruzlar yadıma düşdü. Xüsusən də bərk banlayan xoruzlar.
Düşünmüsünüz heç, bu xoruzların öz səslərindən qulaqları niyə tutulmur? Xoruzlar öz çox uca banlamalarından niyə kar olmurlar?
Cavab sadədir: Xoruz banlamaq üçün dimdiklərini aralayan kimi xüsusi örtük onun qulaq girişini qapayır və xoruz öz səsini demək olar ki, eşitmir.
Düşünürəm ki, sapı özümüzdən olan bu vecsizlər şər və böhtana başlayan kimi, qəlbləri vicdansızlıq örtüyü və düşmən lobbilərinin pulları ilə qapanır və onlar xoruzlar kimi öz səslərini artıq eşitmirlər.
Həmin yazıqlara deyəcəyim bir fikir var:
-Olduğunuz yerlər heç vaxt sizə Vətən olmayacaq və bütün canfəşanlıqlarınıza baxmayaraq, sizə həmişə yadlar kimi baxacaqlar.
Əmin olun ki, öz aralarında sizə pul verənlər sizləri satqın adlandırırlar. Bu məsələdə tam haqlıdırlar, çünki satıldığınız gün kimi hamıya aydındır.
Ey vətənsiz binəvalar, sizlərdən fərqli olaraq, bizlərin gözəl, füsunkar vətənimiz var və igid oğullar bu vətəni bütövləşdirməkdə davam edirlər. 
Və sizin cır banlamalarınıza baxmayaraq, siz də daxili, düşmənlərimizin acığına Müzəffər Prezidentimizin ətrafında Yumruq kimi birləşib yeni- yeni qələbələr əldə edəcəyik. İstəyirəm ki, bütün düşmənlər ağah olsun ki, İlham Əliyev sadəcə prezident deyil, o insan, xalqımızın Qalibiyyət Simvoludur. Əbədi Bayraq simvolumuz, Əbədi Gerb simvolumuz var idi indi xalqımızın yeni əbədi simvolu- Qalibiyyət Simvolu da oldu. Vurğulayıram, biz bu Simvolu 7 ilə, 17 ilə, 77 ilə seçmirik, biz Müzəffər Ali Baş Komandanımızı Bayrağımız kimi, Gerbimiz kimi Əbədi seçmişik!
İndi düşmənlərimizə vətənimdən səslənirəm:
-Yaşasın Azərbaycan Xalqı!
Yaşasın Azərbaycan Respublikasının Qalibiyyət Simvolu olan İlham Əliyev!
Hümbət HƏSƏNOĞLU,
yazıçı-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ