Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Türkiyə KİV-i xəbər verir ki, danışıq zamanı İsrail-Fələstin məsələsində beynəlxalq ictimaiyyətdən gözlənilən addımlar, humanitar böhranın həlli yolları və davamlı sülh üçün göstəriləcək səylər müzakirə edilib.
Türkiyə prezidenti bu münaqişə zamanı həyatını itirən BMT əməkdaşına görə Quterreşə başsağlığı verib və Birləşmiş Millətlər Təşkilatının rəhbərinin Misirin Rəfah sərhəd-keçid məntəqəsinə şəxsi səfərinin beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək baxımından faydalı olduğunu bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti İsrail-Fələstin qarşıdurmasının müzakirə olunacağı BMT-nin Təhlükəsizlik Şurasının noyabrın 29-da Nyu-Yorkda keçiriləcək toplantısında iştirak edəcək.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası