Prezident İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik edib
Tarix: 18-11-2023, 12:39
Baxılıb: 1 513
Google+ Paylaş
Tumblr Paylaş

Prezident İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik edib

18-11-2023, 12:39

Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Oman xalqına daim firavanlıq və əmin-amanlıq diləyirəm”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ