Prezident İlham Əliyevin Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər olmuşdur. Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir.
Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi son beş ildə artmaqda davam edir. Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas tərəfdaşıdır. Ticarət baxımdan iki dövlət böyük potensiala malik və bu tempin artması üçün Özbəkistan Azərbaycanla əməkdaşlığı genişləndirir. Özbəkistan hər zaman Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olmuşdur. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib. Azərbaycan regionda mövqeyini getdikcə daha çox gücləndirir. Özbəkistan Azərbaycanla ticarət-iqtisadi, tranzit-nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır. Bununla bağlı yaxşı perspektivlər var. Özbəkistan üçün Bakıdan keçən nəqliyyat koridorları, Azərbaycan üçün isə Özbəkistanın Cənub-Şərqi Asiyaya çıxışı maraqlıdır. Cənab Prezidentin dediyi kimi: “Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır”. deyə Prezident İlham Əliyev bildirib.
Ən əsası, Özbəkistan Azərbaycanla həm siyasi, həm də iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Son illər iki ölkə arasında münasibətlər daha dinamik xarakter alıb.
Bilman İSAQ

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb