Sənə Zəfər yaraşır!- Ceyhun Bayramov
Tarix: 8-11-2023, 09:50
Baxılıb: 2 025
Google+ Paylaş
Tumblr Paylaş

Sənə Zəfər yaraşır!- Ceyhun Bayramov

8-11-2023, 09:50

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib.

Nazirliyin X hesabındakı paylaşımında canı və qanı bahasına Azərbaycan tarixinə şanlı zəfəri yazan igidlərə xüsusi diqqət çəkilib.

"Bu gün ölkəmizdə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbənin təntənəsi olan milli qürur bayramımız 8 Noyabr - Zəfər Günü qeyd olunur. Canı və qanı bahasına tariximizə şanlı zəfəri yazan igidlərimizi minnətdarlıqla yad edirik. Zəfər Günün mübarək, Azərbaycan!", - paylaşımda qeyd olunub.

Xarici işlər naziri Ceyhun Bayramov da 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib:

"Artıq üçüncü ildir ki, təqvimlərimizdəki işğal tarixlərini qələbə günlərilə əvəzləyən Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuzun qazanaraq ədaləti bərpa etdiyi parlaq qələbəni, 8 Noyabr-Zəfər Gününü qeyd edirik. Bayramın mübarək, Azərbaycan, sənə Zəfər yaraşır!"

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ