XİN rəsmi məlumat yaydı
Tarix: 4-11-2023, 08:00
Baxılıb: 1 856
Google+ Paylaş
Tumblr Paylaş

XİN rəsmi məlumat yaydı

4-11-2023, 08:00

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münaqişədən sonra ölkədə qalan mina probleminin həll olunmamasından növbəti dəfə narahatlığını bildirib.

XİN-in X sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş rəsmi açıqlamada Ermənistan silahlı qüvvələri tərəfindən yerləşdirilmiş minaların “Azərbaycan vətəndaşlarını öldürmək və şikəst etmək”də davam etdiyi bildirilir.

Qeyd olunub ki, Tərtər rayonunda bu yaxınlarda baş vermiş mina partlayışı nəticəsində 24 yaşlı mülki vətəndaşın ayağı amputasiya olunub. Münaqişə bitdikdən sonra mina terroru qurbanlarının sayı 336 nəfərə çatıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ