XİN rəsmiləri rəsmi məlumat yaydı
Tarix: 28-10-2023, 19:34
Baxılıb: 1 758
Google+ Paylaş
Tumblr Paylaş

XİN rəsmiləri rəsmi məlumat yaydı

28-10-2023, 19:34

28 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında əməkdaşlıq məsələlərini, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini, eləcə də bölgədəki cari vəziyyəti müzakirə ediblər.

Söhbət əsnasında Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü çərçivəsində münasibətlərin normallaşdırılmasının və bölgədə davamlı sülhün bərqərar edilməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ