İrəvanla Bakı arasında sülh sazişinə dair irəliləyişlər
Tarix: 27-10-2023, 17:42
Baxılıb: 2 125
Google+ Paylaş
Tumblr Paylaş

İrəvanla Bakı arasında sülh sazişinə dair irəliləyişlər

27-10-2023, 17:42

“Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair müsbət irəliləyişlər var”.

Avromedia.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstanın əsas məqsəd və istəklərindən biri Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasıdır: "Şadam ki, bununla bağlı sülh sazişinin imzalanması üçün müsbət irəliləyişlər var. Ümid edirəm ki, bu, ən qısa zamanda həyata keçiriləcək. Çünki regionumuzu sülh və təhlükəsizlik məkanına çevirmək ümumi mənafeyimizə uyğundur”.

O qeyd edib ki, Gürcüstan dəfələrlə dostlarına - Azərbaycana və Ermənistana əsaslı müzakirələr üçün şərait yaradıb: "Bu, həmişə müxtəlif formatlarda və müxtəlif səviyyələrdə olub. Gürcüstan demək olar ki, hər iki dövlətin mütləq etimad göstərdiyi yeganə ölkədir”.

Qeyd edək ki, 2021-ci ilin sonunda Gürcüstan hökuməti Sülh Qonşuluq Təşəbbüsünə başladı. Ölkənin Baş naziri İrakli Qaribaşvili tərəflər arasında qeyri-rəsmi dialoq üçün regional platformanın yaradılmasını Azərbaycan və Ermənistana təklif edib. 2022-ci ilin iyulunda Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilk görüşü baş tutub.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ