Azərbaycan və Litva Müdafiə nazirliklərinin mütəxəssisləri görüşdü
Tarix: 27-10-2023, 12:26
Baxılıb: 2 513
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan və Litva Müdafiə nazirliklərinin mütəxəssisləri görüşdü

27-10-2023, 12:26

Bakıda Azərbaycan və Litva Müdafiə nazirliklərinin hərbi tibb mütəxəssisləri arasında hərbi təbabət sahəsində təcrübə mübadiləsi məqsədilə görüş keçirilib.

Avromedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə hərbi tibb sahəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Litva nümayəndə heyətinə Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, eləcə də hərbi tibbi təchizatla bağlı brifinq təqdim olunub.

Sonra qonaqlar Tibb İdarəsinin tabeliyində fəaliyyət göstərən bir neçə hərbi tibb müəssisəsinə gələrək burada yaradılan şəraitlə yaxından tanış olublar.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ