"Qarabağ" sözünü öyrəndilər: Lavrovdan sonra Rusiya Müdafiə Nazirliyi
Tarix: 26-10-2023, 09:35
Baxılıb: 2 092
Google+ Paylaş
Tumblr Paylaş

"Qarabağ" sözünü öyrəndilər: Lavrovdan sonra Rusiya Müdafiə Nazirliyi

26-10-2023, 09:35

Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan sonra Rusiya Müdafiə Nazirliyi də əvvəlki adətindən əl çəkə bilib.

Avromedia.az xəbər verir ki, qurumun 25 oktyabr tarixli bülletenində "Dağlıq Qarabağ" ifadəsinə yol verilməyib. Əvəzində bu ərazi olduğu kimi - "Azərbaycanın Qarabağ iqtisadi rayonu" deyə qeyd olunub.

Bundan əlavə, indiyə qədər işlətdiyi "Stepanakert" sözünün yerinə şəhərin əsl adı - Xankəndi yazılıb.

Yada salaq ki, Rusiya Müdafiə Nazirliyi Fərrux kəndinin adını belə, düzgün ifadə edə bilmirdi. Cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi sözügedən ərazinin adının doğru yazılmasını tələb edən bəyanatla çıxış edirdi.

Xatırladaq ki, iki gün öncə Tehranda baş tutan "3+3" görüşü haqda danışan Lavrov da dilindən düşməyən "Dağlıq Qarabağ" əvəzinə "Qarabağ" deyib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ