"Qarabağ erməniləri geri qayıda bilər, amma..."
Tarix: 24-10-2023, 12:17
Baxılıb: 2 101
Google+ Paylaş
Tumblr Paylaş

"Qarabağ erməniləri geri qayıda bilər, amma..."

24-10-2023, 12:17

Avropanın bəzi qurumları Azərbaycana qarşı fərqli fikirlər səsləndirir. Bildirirlər ki, Qarabağdan gedən ermənilər qeyri-şərtsiz geri qayıtmalıdır. Onlara sual verilməlidir ki, qeyri-şərtsiz deyəndə nəyi nəzərdə tuturlar? Azərbaycan rəsmi olaraq bildirib ki, Qarabağ erməniləri geri qayıda bilərlər. Amma ora sonradan qanunsuz olaraq köçürülənlər yox.                         

Avromedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.
Deputat əlavə edib ki, Qarabağdan gedən ermənilərin çoxu ora müharibə dönəmində köçürülüb: “Bu isə müharibə cinayəti hesab olunur. Bu cinayəti törədənlər isə indi Azərbaycanın hüquq-mühafizə orqanlarının istintaq idarələrindədir və sualları cavablandırırlar.
Əvvəl Qarabağda guya 120 mindən çox erməni olduğu deyilirdi, indi isə onlardan 100 mininin Ermənistana getdiyini, 50 nəfərin Qarabağda qaldığını deyirlər. Özlərinin səsləndirdiyi bu rəqəmlərdə belə uyğunluq yoxdur".

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ