Teyyub Qənioğlu: "Prezident İlham Əliyevə Azərbaycan Qəhamanı adı verilməlidir"
Tarix: 17-10-2023, 21:13
Baxılıb: 1 937
Google+ Paylaş
Tumblr Paylaş

Teyyub Qənioğlu: "Prezident İlham Əliyevə Azərbaycan Qəhamanı adı verilməlidir"

17-10-2023, 21:13

Xankəndi şəhərində Azərbaycan bayrağı yüksəldilməklə ermənipərəst türk-azərbaycan  düşmənlərinin 100 il davam edən tarixi ədalətsizliynə birdəfəlik və həmişəlik olaraq son nöqtə qoyulmuşdur!
  Bunu politoloq  Teyyub Qənioğlu Xankəndi şəhərinin erməni quldurlarından təmizlənməsini şərh edərkən bildirmişdir.
Poiitoloq qeyd etmişdir ki, 2023-cü il oktyabr ayının 15-də Xankəndi şəhərində Azərbaycan bayrağı ucaldılmış və beləliklə də, Rusiya başda olmaqla ermənipərəst türk-azərbaycan  düşmənlərinin 100 il davam edən tarixi ədalətsizliynə birdəfəlik və həmişəlik olaraq son nöqtə qoyulmuş və inanırıq ki, düşmənlərimizin hələ də ölkəmizə qarşı təxribat aləti olan “erməni məsələsi”ni gündəmdə saxlamağa çalışmalarına baxmayaraq   bu bədnam məsələ tarixin arxivinə atılmışdır! Bu tarixi qələbə münasibəti ilə Azərbaycan xalqını və onun memarı olan Prezident İlham Əliyevi təbrik edirəm!
  "Mübaliğəsiz demək olar ki, 44 günlük Vətən müharibəsində, eləcə də, 23 saat 43 dəqiqə davam edən antiterror tədbirində əldə edilən möhtəşəm qələbələr Prezident İlham Əliyevin 20 illik rəhbərliyi dövründə Azərbaycannın zəngin və qüdrətli dövlətə çevrilməsi üçün güclü iqtisadi potensialın formalaşdırılması, qüdrətli Silahlı Qüvvələrin yaradılması, müasir cəmiyyət quruculuğu, formalaşmış iqtidar-xalq birliyi, bərqərar olmuş yeni siyasi konfiqurasiya, eləcə də, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin yaradılması mühüm və əsalı rol oynamışdır. Qanılmış möhtəşəm qələbələrdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əsgər və zabitlərimizin qəhramanlığını, bu yolda   şəhid olan övladlarımızı xalqımız heç vaxt unutmayacaq! Allahdan şəhidləriməzə rəhmət, qazilərimizə can sağlığı diləyirik"!
Teyyub Qənioğlu əlavə olaraq bildirib: "Bu gün Azərbaycan nəinki regionun aparıcı ölkəsinə çevrilmiş, həm də dünyada söz sahibi olan qüdrətli dövlət sitatusu qazanmışdır. Bu gün yaranmış yeni reallıqlar ondan ibarətdir ki, regionumuzda Azərbaycanın rəyi, mövqeyi nəzərə alınmadan hər hansı məsələnin həlli mümkün deyildir! Mənfur düşmən üzərində  əldə edilmiş qələbələrdə, Azərbaycanımızın dünya miqyasında mövqeyinin möhkəmlənməsində Prezident İlham Əliyevin şəxsi rolu danılmazdır. Hesab edirəm ki, Azərbaycan qarşısında misilsiz xidmətlərinə görə Prezident İlham Əliyevə Azərbaycan Qəhamanı adı verilməli və Xankəndi şəhərinin mərkəzində onun möhtəşəm heykəli ucaldllmalıdır"!
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!
Bilman İSAQ
                                                                                              скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ