Xəbər verdiyimiz kimi, ötən gün – 15 oktyabrda Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan bayrağını ucaldıb və çıxış edib.
Prezident İlham Əliyev Azərbaycanı hədələyən separatçılardan da danışıb.
- Bu binada (Xankəndidə separatçıbaşıların qərargah kimi istifadə etdiyi, ötən gün önündə Bayrağımızın qaldırıldığı bina – red.) ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi.
- Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Burada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir”.
Qeyd edək ki, özünü “prezident” adlandıran 3 təlxək – Bako Saakyan, Robert Qukasyan və Araik Arutyunyan, “baş nazir” (“dövlət naziri”) olduğunu iddia edən şəxs Ruben Vardanyan, “xarici işlər naziri vəzifəsini daşımış” separatçı isə Davit Babayandır.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı