XİN daha bir rəsmi məlumat yaydı
Tarix: 5-10-2023, 20:49
Baxılıb: 1 049
Google+ Paylaş
Tumblr Paylaş

XİN daha bir rəsmi məlumat yaydı

5-10-2023, 20:49

Neokolonializmi hələ də davam etdirən, müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən ölkələrdən biri kimi Fransanın bu gün özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır.

Bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin BMT-nin 4-cü Komitəsinin (Xüsusi Siyasi və Dekolonizasiya Komitəsi) iclasında Fransanın müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun idarə heyəti üzvünün çıxışına dair şərhində yer alıb.

Bildirilib ki, Fransanın heç bir əsası olmayan iddiaları, neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi iflasa məhkumdur.

"Bu gün Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə məsuliyyət daşımaq və tarixdən dərs çıxarmaq əvəzinə Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək geosiyasi rəqabət və özünün “Orientalizmə” söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda neo-kolonialist mənfur təcrübəsini tətbiq etməyə çalışması eyni dərəcədə təhlükəli və qəbuledilməzdir", - məlumatda qeyd edilib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ