Erməni rəhbərlərinə şapalaq kimi BƏYANAT!
Tarix: 23-09-2023, 10:22
Baxılıb: 2 446
Google+ Paylaş
Tumblr Paylaş

Erməni rəhbərlərinə şapalaq kimi BƏYANAT!

23-09-2023, 10:22

Sözü ilə əməli bir olan Azərbaycan Prezidentinin humanistliyini ifadə edən bəyanatı sözün əsil mənasında erməni xalqına ədalət, rəhbərlərinə bir şapalaq idi.
Prezident İlham Əliyev lokal antiterror tədbirlərindən əvvəl də dəfələrlə bəyan edib ki, Qarbağın erməni sakinləri Azərbaycan  vətəndaşlarıdır, onlarla heç bir problemimiz yoxdur. Dövlət səviyyəsində həmişə bəyan edilib  ki, Azərbaycanın hədəfi oradakı separatçı xuntanı zərərsizləşdirmək,  onlara layiq olduqları cəzanı vermək və erməni sakinləri onların girovluğundan azad etməkdir. Azərbaycan konstitutsiyasına zidd davranan separatçı, terrorçu qüvvələrin sıradan çıxarılması əsas hədəf olub. Prezidentin xalqa müraciətində Qarabağda yaşayan erməni əhalisi ilə bağlı səsləndirdiyi bəyanatın əhəmiyyəti çox böyükdür, bu o deməkdir ki, onlar da dövlətimizin digər vətəndaşları ilə eyni hüquqa malik olacaqlar və sosial rifah halları yaxşılaşacaq, həyat şəraitləri yüksələcək. 
Bu, sözü ilə əməli bir olan Azərbaycan Prezidentinin humanistliyini ifadə edən bəyanatdır . Prezident bir daha bəyan etdi ki: "Bizim sadə erməni sakinlərlə problemimiz, ədavətimiz yoxdur, onlar bizim vətəndaşlarımız olaraq orada həyatlarını davam etdirə bilərlər. Prezident açıq bəyan etdi ki, Azərbaycan dövləti onlara yaşamaq, fəaliyyət göstərmək, işləmək, oxumaq və sair istiqamətlərdə şərait yaratmağa hazırdır. Hesab edirəm ki, bu bəyanatlar onların reinteqrasiyasını daha da sürətləndirəcək. 30 ildən çox bir müddətdə xunta rejiminin  boyunduruğu altında yaşamağa məcbur edilən erməni sakinləri artıq rahat nəfəs ala bilirlər". Bəyanatlarında keçmiş erməni rəhbərlərinin saxta dəmir-dümürlərinin "metallom"a verilməsini onlara anladan Ali Baş komandan bir daha vurğuladyib ki, bütün bu soyqırımların, cinayətlərin arxasında duran keçmiş rəhbərlərdir və cəzalarını alacaqlar.
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ