Paşinyan Rusiyaya kürəyindən zərbə endirdi - Korotçenko
Tarix: 15-09-2023, 22:39
Baxılıb: 2 626
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyan Rusiyaya kürəyindən zərbə endirdi - Korotçenko

15-09-2023, 22:39

Nikol Paşinyan administrasiyasının müvafiq departamentlərinin nəzarəti altında olan hökumətyönlü erməni bloqosferi Rusiya Federasiyasını və Rusiya siyasi rəhbərliyini gözdən salmaq üçün genişmiqyaslı informasiya kampaniyasına başlamaq əmri alıb.
AvroMedia.az xəbər verir ki, bunu Rusiyanın "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko öz Teleqram kanalında yazıb.
O, Ermənistanda hakimiyyətyönlü bloqer Roman Baqdasaryanın Paşinyan administrasiyasının göstərişi işə Rusiyanın birinci şəxslərinin ünvanına təhqiramiz bəyanatlar səsləndirməsinə diqqət çəkib.
"Baqdasaryanın çıxışının tezisləri Ermənistanın baş naziri Nikol Paşinyan və onun “sağ əli” parlamentin spikeri Alen Simonyanın bu yaxınlarda açıqladığı anti-Rusiya bəyanatları ilə tam üst-üstə düşür. Üstəlik, Baqdasaryan Simonyanın tezislərini kopyalayıb, yaradıcı şəkildə inkişaf etdirməklə qeyri-normativ leksikadan istifadə edərək xüsusən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünə hücum edib.
Rəsmi İrəvanın bütün bu iyrənc və rüsvayçı informasiya kampaniyasının Ermənistanda "Eagle Partner 2023" adlı erməni-amerikan hərbi təlimləri və Avropa İttifaqının kəşfiyyat və müşahidə missiyasının fəal anti-Rusiya təxribat işi fonunda baş verməsi olduqca diqqətə layiqdir.
Eyni vaxtda erməni hərbi qulluqçuları və Qarabağdakı erməni qeyri-qanuni silahlı birləşmələri vəziyyəti gərginləşdirmək üçün demək olar hər gün silahlı təxribatlar təşkil edirlər.
Qarabağdakı erməni separatçılarının Rusiya sülhməramlılarına, onların texnikasına, zirehli texnikasına və sülhməramlı kontingentin dislokasiya məntəqələrinə qarşı birbaşa təxribat xarakterli hərəkətləri də qeyd edilir.
İstisna etmək olmaz ki, Moskva və İrəvan arasında dərinləşən siyasi böhran fonunda separatçılar tərəfindən Rusiya və Azərbaycan hərbçiləri arasında toqquşma törətmək məqsədi ilə Rusiya sülhməramlılarına qarşı genişmiqyaslı silahlı təxribat baş verə bilər.
Xüsusilə qeyd etmək lazımdır ki, Kremlin bütün səyləri xüsusi hərbi əməliyyat problemlərinin həllinə və Şimal-Cənub nəqliyyat dəhlizini işə salmaqla Qərbin genişmiqyaslı sanksiyalarını aradan qaldırmağa yönəldiyi bir vaxtda Paşinyan başda olmaqla Ermənistan Rusiyanın kürəyindən zərbə endirib", - rusiyalı ekspert vurğulayıb.Axar.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ