Səfirliyimizə hücum edildi: XİN-dən açıqlama
Tarix: 31-08-2023, 10:52
Baxılıb: 1 537
Google+ Paylaş
Tumblr Paylaş

Səfirliyimizə hücum edildi: XİN-dən açıqlama

31-08-2023, 10:52

Azərbaycan Xarici İşlər Nazirliyi Livanda səfirliyimizə hücumla bağlı məlumat yayıb.

XİN-dən bildirilib ki, Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.

Qeyd edilib ki, hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.

Hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar.

Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.

Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ