“Bədməramlılarının” BƏD GEDİŞLƏRİ
Tarix: 22-08-2023, 21:19
Baxılıb: 3 535
Google+ Paylaş
Tumblr Paylaş

“Bədməramlılarının” BƏD GEDİŞLƏRİ

22-08-2023, 21:19

 "Həqiqət, hüquq Azərbaycanın tərəfindədir və onların yaratdığı üstünlüklərdən daha qətiyyətlə istifadə etmək lazımdır"
            Bunu Politoloq Teyyub Qənioğlu GunAz.az-aaçıqlamasında bildirib.
Politoloq qeyd edib ki, son 33 ayda baş verən hadisələr göstərir ki, nə Azərbaycan torpaqlarında qondarılmış, baş tutmayan Ermənistan adlanan marionet “dövlət”in, nə də Qarabağda, sözün əsl mənasında işğalçı və təxribatçı Rusiya “sülh (bəd!)məramlılarının” himayəsinə  söykənən seperatçı erməni quldurlarının başbilənləri, 44 günlük müharibədə aldıqları rusvayçı məğlubiyyətdən və son zamanlar dalbadal məruz qaldıqları diplomatik uğursuzluqlardan nəticə çıxarmaq istəmirlər  və ya heç belə qabiliyyətə da malik deyillər, yaxud onların qeyd edilənlərdən nəticə çıxarmaq hüquqları yoxdur!?. Hər bir halda, baş verən hadisələr göstərir ki, ermənilərin, əslində onları himayə edən rusların, nazı ilə çox oynayırıq. 
Teyyub Qənioğlu əlavə olaraq bildirir: "Məgər gün kimi aydın deyil ki, Rusiya Qarabağda mövcudluğunu uzun müddət saxlamaq üçün erməni seperatçılarını, onların 10 mindən çox sayı olan silahlı quldur dəstəsini bütün mülki və hərbi təchizatla təmin edir, ermənilərin Qarabağdan çıxmaması üçün hər cür şirnikləndirici vasitələrə, bəzən hədə-qorxutmalara, təxribatlara əl atır? 10 noyabr 2020-ci il üçtərfli sazişin 4-cü madəsinin tələblərini pozan Rusiya deyil? Məgər aydın deyil ki, Rusiya öz yolverilməz hərəkətləri ilə 2025-ci ildən sonra da Qarabağda qalmağı hədəfləyir? Yaranmış vəziyyət Azərbaycanımızdan daha qətiyyətli hərəkətlər etməyi tələb etmirmi? Təbii, Azərbaycan dövlətinin yeritdiyi düşünülmüş siyasət, həyata keçirilən tədbirlər göstərir ki, dövlətimiz öz süveren hüquqlarıdan heç bir halda vaz keçməyəcək. Ancaq deyəsən bu, nə ermənilərin, nə də onları himayə edənlərin, xüsusilə də rusların “başına çatmır”. Hesab edirik ki, Azərbaycan 2025-ci ilin 10 iyun tarixini gözləməlidir, elə indi 2025-ci ildə Rusiya “bədməramlılarının” Qarabağda qalması müddətinin uzatmayacağı haqda xəbərdarlıq etməli, rəsmi bəyanat verməlidir! Fikrimizcə, belə xəbərdağlığın edilməsi Xankəndində və ətraf bölgələrdə hələ də sülənən erməni seperatçılarının seçim etmələrini (hesab edirəm ki, rədd olub getmələrini) tezləşdirə bilər. Çünki azərbaycanlılara qarşı vəhşilik etməməiş erməni ailəsini təsəvvür etmək çətindir və onlar da başa düşürlər ki, belə halda Qarabağda qalmaq onları hüquqi məsuliyyətdən gurtarmayacaq və heç kim onlara kömək edə bilməyəcək. Həqiqət, hüquq Azərbaycanın tərəfindədir və onların yaratdığı üstünlüklərdən daha qətiyyətlə istifadə etmək lazımdır".
Günel ƏHMƏDQIZI
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ