İlham Əliyev 3 fərman imzaladı
Tarix: 19-07-2023, 16:40
Baxılıb: 1 556
Google+ Paylaş
Tumblr Paylaş

İlham Əliyev 3 fərman imzaladı

19-07-2023, 16:40

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 20 aprel tarixli 226 nömrəli, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2009-cu il 3 aprel tarixli 74 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli, “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” 2011-ci il 26 oktyabr tarixli 509 nömrəli, “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 31 avqust tarixli 588 nömrəli, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 21 may tarixli 920 nömrəli, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 30 sentyabr tarixli 1048 nömrəli fərmanlarında və “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301; 2006, № 2, maddə 91, № 5, maddə 397; 2007, № 2, maddə 87; 2008, № 6, maddə 488, № 11, maddə 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 6, maddə 638; 2015, № 2, maddə 132, № 7, maddə 840; 2016, № 12, maddə 2095; 2017, № 3, maddə 378, № 6, maddə 1079; 2018, № 6, maddə 1233, № 7 (I kitab), maddə 1511; 2019, № 3, maddə 409, № 4, maddə 619, № 5, maddələr 854, 855; 2021, № 10, maddə 1104) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 11.42-ci bənd aşağıdakı redaksiyada verilsin:

“11.42. Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, onların yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy, həmçinin müvafiq fəaliyyət növlərinə icazə vermək və icazə şərtlərinə riayət olunmasına nəzarət etmək;”;

1.2. 12.8-ci bənd ləğv edilsin.

2. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47, № 3, maddə 450, № 5, maddə 912, № 12 (I kitab), maddələr 2556, 2572; 2019, № 3, maddə 409, № 5, maddə 834, № 10, maddə 1587; 2021, № 9, maddə 988; 2022, № 8, maddə 874, № 12, maddə 1425) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə II – “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” üzrə:

2.1.1. 8.54-cü bənd aşağıdakı redaksiyada verilsin:

“8.54. Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, onların yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy, həmçinin müvafiq fəaliyyət növlərinə icazə vermək və icazə şərtlərinə riayət olunmasına nəzarət etmək;”;

2.1.2. 9.22-ci bənd ləğv edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə VII – “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti haqqında Əsasnamə”nin 8.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“8.7. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq fəaliyyət növlərinə icazənin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rəy vermək;”.

3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 74 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 219; 2011, № 2, maddə 85; 2020, № 4, maddə 400) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.23-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“8.23. radiasiya sahəsinə aid məsələlərlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, onların yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı Nazirliyə rəy vermək;”.

4. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072; 2017, № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; 2019, № 1, maddə 73, № 2, maddə 245, № 5, maddə 845, № 6, maddə 1036, № 7, maddə 1232, № 8, maddə 1397, № 11, maddə 1718, № 12, maddə 1935; 2020, № 3, maddə 247, № 6, maddə 717, № 8, maddə 1036; 2021, № 4, maddə 318, № 8, maddə 922, № 12, maddə 1403; 2022, № 7, maddə 762, № 8, maddə 871, № 11, maddə 1261, № 11, maddə 1261; 2023, № 3, maddə 361; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 may tarixli 2146 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.1.44-cü yarımbəndə “Azərbaycan” sözündən əvvəl “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq,” sözləri əlavə edilsin;

4.2. 3.1.45-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.45. Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, onların yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy, həmçinin müvafiq fəaliyyət növlərinə icazə vermək və icazə şərtlərinə riayət olunmasına nəzarət etmək;”;

4.3. 3.1.46-cı yarımbənd ləğv edilsin.

5. “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 509 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 893; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.2-ci bəndə “icazə” və “icazəni” sözlərindən əvvəl “lisenziya və ya” sözləri, “icazənin” sözündən əvvəl “lisenziyanın və ya” sözləri əlavə edilsin;

5.2. 4.1-ci bəndə “icazələr”, “icazə” və “icazəni” sözlərindən əvvəl “lisenziya və ya” sözləri əlavə edilsin.

6. “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 31 avqust tarixli 588 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 917; 2016, № 8, maddə 1384; 2022, № 8, maddə 861) 6-cı hissəsi ləğv edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 67, № 9, maddə 1462; 2017, № 1, maddə 65, № 7, maddə 1374; 2021, № 1, maddə 36, № 12, maddə 1404; 2022, № 8, maddə 847, № 12, maddə 1423) ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1-ci hissəyə “Qayda” sözündən sonra “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilsin;

7.2. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlara uyğun investisiya fəaliyyətini həyata keçirmək istəyən sahibkar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci və 18-ci maddələrinə uyğun olaraq, həmçinin aşağıdakı sənədlər də əlavə edilməklə Nazirliyə ərizə ilə müraciət edir:

4.1. bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlara cavab verən investisiya layihəsi (biznes planı);

4.2. bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd.”;

7.3. 5-ci hissə ləğv edilsin;

7.4. 8-ci hissədə “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda ikinci – dördüncü cümlələr əlavə edilsin:

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulan hallarda Nazirlik investisiya təşviqi sənədinin verilməsindən imtina barədə (imtina hallarına istinad edilməklə) əsaslandırılmış inzibati akt qəbul edir. İmtina haqqında inzibati akt 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Ərizəçi həmin inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.”;

7.5. 9-cu hissədə “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 881; 2018, № 12 (I kitab), maddə 2583; 2019, № 6, maddə 1031; 2023, № 2, maddə 245) ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 1.5.3-cü, 3.4.2-ci yarımbəndlərindən və 5.6-cı bəndindən “xüsusi” sözü çıxarılsın.

9. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 sentyabr tarixli 1048 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1485) ilə təsdiq edilmiş “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.4-cü bəndinə (hər iki halda) “lisenziya” sözündən sonra “və ya icazə” sözləri əlavə edilsin.

10. “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 496; 2019, № 6, maddə 1084; 2023, № 2, maddə 282) 2.5-ci bəndindən “xüsusi” sözü çıxarılsın.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” 2006-cı il 19 aprel tarixli 394 nömrəli, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərin say həddinin təsdiq edilməsi haqqında” 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2006-cı il 29 dekabr tarixli 511 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” 2007-ci il 19 mart tarixli 560 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2007-ci il 9 noyabr tarixli 647 nömrəli və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 326; 2008, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508; 2009, № 9, maddə 687, № 12, maddə 983; 2010, № 2, maddələr 83, 85; 2011, № 2, maddələr 85, 93; 2012, № 10, maddə 955; 2014, № 5, maddə 469, № 10, maddə 1181, № 12, maddə 1575; 2016, № 11, maddə 1796; 2017, № 1, maddə 62, № 3, maddə 357, № 9, maddə 1648, № 11, maddə 2017, № 12 (I kitab), maddə 2300; 2018, № 4, maddə 676, № 7 (I kitab), maddə 1452; 2019, № 5, maddə 816; 2021, № 7, maddə 727; 2022, № 2, maddə 106) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“8.10. Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, onların yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy, həmçinin müvafiq fəaliyyət növlərinə icazə vermək və icazə şərtlərinə riayət olunmasına nəzarət etmək;”;

1.2. 9.24-cü bənd ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411, № 8, maddə 680; 2007, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947; 2008, № 7, maddə 612, № 11, maddələr 967, 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 688, № 9, maddə 855; 2013, № 2, maddə 114, № 6, maddə 651, № 9, maddələr 1060, 1061; 2016, № 3, maddə 436; 2017, № 10, maddə 1781; 2018, № 2, maddə 217, № 5, maddə 932, № 10, maddə 1990; 2019, № 12, maddə 1953; 2020, № 3, maddə 228, № 6, maddə 690, № 8, maddə 1036; 2021, № 4, maddə 327, № 6 (I kitab), maddə 570, № 8, maddə 920; 2022, № 5, maddə 445, № 6, maddə 597, № 8, maddə 839, № 10, maddə 1126; 2023, № 2, maddə 249) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.8. Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, onların yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy, həmçinin müvafiq fəaliyyət növlərinə icazə vermək və icazə şərtlərinə riayət olunmasına nəzarət etmək;”;

2.2. 8.9-cu bənd ləğv edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 740; 2008, № 1, maddə 6; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“8.7. Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, onların yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy, həmçinin müvafiq fəaliyyət növlərinə icazə vermək və icazə şərtlərinə riayət olunmasına nəzarət etmək;”.

4. “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1058; 2008, № 11, maddə 980, № 12, maddə 1069; 2010, № 2, maddə 85; 2011, № 2, maddə 85; 2014, № 12, maddə 1579; 2015, № 9, maddə 997, № 11, maddə 1323; 2017, № 1, maddə 63, № 3, maddə 362, № 9, maddə 1649; 2019, № 3, maddə 409; 2022, № 2, maddə 106) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 8.19-cu bəndi aşağıdakı redaksiyada verilsin:

“8.19. yanğın təhlükəsizliyi sahəsində fəaliyyət növlərinə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, onların yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy vermək;”;

4.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.11-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“8.11. tikinti sahəsində fəaliyyət növlərinə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, onların yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy vermək;”.

5. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 239; 2008, № 1, maddə 4, № 3, maddə 168, № 8, maddə 722, № 11, maddə 970; 2009, № 1, maddə 11, № 4, maddə 221, № 7, maddə 532, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 193, № 7, maddə 625; 2011, № 2, maddə 85, № 3, maddə 178, № 11, maddə 994; 2012, № 4, maddə 287; 2013, № 2, maddə 121, № 5, maddə 513, № 9, maddə 1044, № 12, maddə 1551; 2014, № 9, maddə 1063; 2015, № 2, maddə 119, № 9, maddə 978; 2016, № 5, maddə 868; 2017, № 5, maddə 816; 2019, № 5, maddə 836; 2022, № 8, maddə 871; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 may tarixli 2148 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

5.1. 9.11-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.11-1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrini, onların dublikatlarını və əlavələrini vermək, onları yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ya ləğv etmək, həmçinin icazə şərtlərinə riayət olunmasına nəzarət etmək;”;

5.2. 9.11-2-ci və 10.4-cü bəndlər ləğv edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1095; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2016, № 11, maddə 1831; 2017, № 1, maddə 39; 2019, № 3, maddə 437; 2021, № 8, maddə 915; 2022, № 4, maddə 306, № 6, maddə 752) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.14-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“8.14. müvafiq sahədə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, onların yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy, həmçinin müvafiq fəaliyyət növlərinə icazə vermək və icazə şərtlərinə riayət olunmasına nəzarət etmək;”.

7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, № 11, maddə 1357; 2021, № 1, maddə 30, № 6 (I kitab), maddələr 579, 593, № 8, maddə 908, № 12, maddələr 1369, 1416; 2022, № 4, maddələr 305, 306, № 5, maddələr 443, 448, № 10, maddə 1136, № 12, maddə 1438; 2023, № 1, maddə 89, № 2, maddə 245, № 3, maddə 359, № 4, maddə 474; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 iyun tarixli 2176 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 10-cu hissəsinin “Göstərdiyi xidmətlər” sütunundan “məhsulların, o cümlədən” sözləri çıxarılsın.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2001-ci il 30 iyun tarixli 518 nömrəli, “Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2001-ci il 20 iyul tarixli 544 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” 2013-cü il 24 aprel tarixli 865 nömrəli, “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli, “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2014-cü il 15 may tarixli 168 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanının ləğv edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416; 2004, № 6, maddə 440, № 9, maddə 674; 2005, № 6, maddə 491, № 12, maddə 1102; 2006, № 7, maddə 592, № 8, maddə 659; 2007, № 6, maddə 615, № 9, maddə 869, № 10, maddə 947, № 11, maddə 1106; 2008, № 3, maddə 168, № 8, maddə 719; 2009, № 5, maddə 322, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 185; 2011, № 2, maddə 85, № 6, maddə 508, № 9, maddə 791; 2012, № 9, maddə 852; 2013, № 5, maddə 511, № 11, maddə 1320; 2014, № 12, maddə 1573; 2015, № 2, maddə 127, № 6, maddə 697, № 12, maddə 1474; 2016, № 3, maddə 455, № 6, maddə 1070, № 12, maddə 2057; 2017, № 5, maddə 783, № 10, maddə 1796; 2018, № 6, maddə 1204, № 10, maddə 2012, № 12 (I kitab), maddə 2595; 2019, № 2, maddə 207; 2023, № 3, maddə 378; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 iyun tarixli 2163 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.9-cu yarımbənddən “(lisenziyaların)” sözü çıxarılsın;

1.2. aşağıdakı məzmunda 3.1.9-1-ci yarımbənd əlavə edilsin:

“3.1.9-1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq fəaliyyət növlərinə lisenziya və ya icazə, onların dublikatlarını və əlavələrini vermək, həmin lisenziyaları və ya icazələri yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ya ləğv etmək, lisenziya və icazə şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirmək;”;

1.3. 4.1.6-cı yarımbənddən “(lisenziya)” sözü çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 481; 2005, № 5, maddə 403; 2008, № 3, maddə 175, № 11, maddə 970; 2009, № 7, maddə 533, № 11, maddə 881, № 12, maddə 983; 2011, № 2, maddə 85, № 12, maddə 1138; 2012, № 11, maddə 1110; 2013, № 2, maddə 113; 2014, № 4, maddə 367, № 11, maddə 1416; 2018, № 2, maddə 190; 2020, № 7, maddə 889; 2023, № 3, maddə 348) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 7.9-6-cı bəndə “o cümlədən” sözlərindən sonra “Lisenziyalar və icazələr haqqında” və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq” sözləri əlavə edilsin;

2.2. 7.10-cu bənddə “xüsusi razılığın (lisenziyanın)” sözləri “lisenziyanın” sözü ilə əvəz edilsin;

2.3. 7.10-6-cı bənd ləğv edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə 1552; 2014, № 1, maddə 14; 2015, № 6, maddə 699; 2016, № 9, maddə 1487, № 10, maddə 1626; 2017, № 12 (I kitab), maddə 2333; 2018, № 7 (I kitab), maddə 1487; 2019, № 6, maddə 1031; 2020, № 2, maddə 97, № 6, maddə 702; 2022, № 7, maddə 742, № 8, maddə 871, № 11, maddə 1268; 2023, № 2, maddə 245, № 3, maddə 368; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 may tarixli 2132 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1.10-cu yarımbənddə “qanunvericilikdə” sözü “normativ hüquqi aktlarda” sözləri ilə əvəz edilsin, həmin yarımbənddən “lisenziya və” sözləri çıxarılsın;

3.2. aşağıdakı redaksiyada 3.1.28-1-ci yarımbənd əlavə edilsin:

“3.1.28-1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq fəaliyyət növlərinə icazə, onların dublikatlarını və əlavələrini vermək, həmin icazələri yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ya ləğv etmək, habelə icazə şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirmək;”.

4. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037, № 12, maddə 1936; 2020, № 1, maddə 7, № 8, maddə 1039, № 10, maddə 1247; 2021, № 1, maddələr 16, 36, № 6 (I kitab), maddə 567, № 8, maddə 919, № 11, maddə 1211, № 12, maddə 1367; 2022, № 1, maddə 29, № 4, maddələr 302, 323, № 5, maddə 475, № 6, maddə 594, № 8, maddə 874, № 10, maddə 1142, № 12, maddələr 1411, 1428, 1441; 2023, № 4, maddə 480; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2186 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.5.4-cü, 4.11.7-ci, 4.11.11.5-ci və 4.11.12-ci yarımbəndlər ləğv edilsin;

4.2. 4.11.13-cü və 4.11.14-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“4.11.13. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq ərazidə tikintiyə və tikinti obyektlərinin istismarına icazələr vermək və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək;

4.11.14. müvafiq ərazidə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq səyyar (mövsümi) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə icazə, onların dublikatlarını və əlavələrini vermək, həmin icazələri yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ya ləğv etmək, icazə şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirmək;”;

4.3. 4.18.2-ci yarımbənddən “4.5.4-cü,” sözləri çıxarılsın.

5. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 5, maddə 486, № 9, maddələr 1027, 1044, 1048; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 564, № 5, maddə 809, № 8, maddələr 1521, 1531; 2018, № 3, maddə 437, № 6, maddə 1242, № 10, maddə 2013, № 11, maddə 2553; 2019, № 1, maddə 61, № 4, maddə 647; 2020, № 8, maddələr 1039, 1044, 1047; 2021, № 8, maddə 919, № 9, maddə 990, № 11, maddə 1217; 2022, № 5, maddə 475, № 10, maddə 1133, № 11, maddə 1264; 2023, № 1, maddə 84, № 2, maddə 245; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 may tarixli 2154 nömrəli Fərmanı) 5.18-ci bəndində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziyanın” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 379, № 10, maddə 1156; 2014, № 5, maddə 477, № 6, maddə 646; 2016, № 8, maddə 1384; 2019, № 2, maddə 240; 2021, № 5, maddə 455; 2022, № 8, maddə 843) ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.3.4-cü yarımbəndə “bu Əsasnamə” sözlərindən əvvəl “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu və” sözləri əlavə edilsin;

6.2. 9.2-ci bəndin birinci cümləsinə “bu Əsasnamə” sözlərindən əvvəl “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu və” sözləri əlavə edilsin və həmin bəndin ikinci cümləsi çıxarılsın;

6.3. 9.3-cü bəndin ikinci cümləsinə “siyahısı” sözündən sonra “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla” sözləri əlavə edilsin;

6.4. 9.4-cü və 9.5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“9.4. İdarəedici təşkilat ərizəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edir və qeydiyyata alır. İdarəedici təşkilat ərizənin qeydiyyata alındığı tarixdən ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Əsasnamənin 9.3-cü bəndinin ikinci cümləsinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və ərizəçinin sənaye parkının rezidenti kimi qeydiyyata alınmasından imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, idarəedici təşkilat ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq, onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar ərizəçiyə eyni vaxtda bildirilməlidir.

9.5. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman qeydiyyat müddətinin axımı dayandırılır və dayandırılmış müddət qeydiyyat prosedurunun müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu bənddə göstərilən müddətdə aradan qaldırmadıqda, idarəedici təşkilat ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra sənaye parkının rezidenti kimi qeydiyyata alınması üçün təkrar ərizə ilə idarəedici təşkilata müraciət edə bilər.”;

6.5. 9.8-ci bənddə “15 (on beş)” sözləri “7 (yeddi)” sözləri ilə əvəz olunsun və həmin bəndə “qeydiyyata alınması” sözlərindən sonra “barədə qərar qəbul edir və ərizəçiyə səlahiyyətli orqanın təsdiq etdiyi formaya uyğun sənaye parkının qeydiyyat şəhadətnaməsini verir” sözləri əlavə edilsin;

6.6. 9.9.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“9.9.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində müəyyən edilmiş hallarda.”;

6.7. 9.10-cu bəndin birinci cümləsi çıxarılsın.

7. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 365, № 6, maddə 637; 2015, № 3, maddə 272; 2018, № 5, maddə 899; 2020, № 9, maddə 1149; 2021, № 6 (I kitab), maddə 588, № 8, maddə 926; 2022, № 8, maddə 859) ilə təsdiq edilmiş Əlavə 1 – “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 3.0.7-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“3.0.7. Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, onların yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy, həmçinin müvafiq fəaliyyət növlərinə icazə vermək və icazə şərtlərinə riayət olunmasına nəzarət etmək;”.

8. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 481; 2017, № 8, maddə 1521; 2019, № 2, maddə 242, № 6, maddə 1027; 2022, № 5, maddə 472, № 8, maddə 847, № 12, maddə 1465 ) ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1.2.4-cü yarımbəndə və 8.2-ci bəndə “bu Əsasnamə” sözlərindən əvvəl “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu və” sözləri əlavə edilsin;

8.2. 6.1.4-cü yarımbəndə “bu Əsasnamə” və birinci halda “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözlərindən əvvəl “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu və” sözləri əlavə edilsin;

8.3. 8.3-cü bəndin ikinci cümləsinə “siyahısını” sözündən sonra “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla” sözləri əlavə edilsin;

8.4. 8.4-cü və 8.5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“8.4. İdarəedici təşkilat ərizəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edir və qeydiyyata alır. İdarəedici təşkilat ərizənin qeydiyyata alındığı tarixdən ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Əsasnamənin 8.3-cü bəndinin ikinci cümləsinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan, ərizəçinin texnoparkın rezidenti kimi qeydiyyata alınmasından imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, idarəedici təşkilat ərizənin qeydiyyata alındığı tarixdən beş iş günündən gec olmayaraq, onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar ərizəçiyə eyni vaxtda bildirilməlidir.

8.5. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci on iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman qeydiyyat müddətinin axımı dayandırılır və dayandırılmış müddət qeydiyyat prosedurunun müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu bənddə göstərilən müddətdə aradan qaldırmadıqda, idarəedici təşkilat ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı iki iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra texnoparkın rezidenti kimi qeydiyyata alınması üçün təkrar ərizə ilə idarəedici təşkilata müraciət edə bilər.”;

8.5. 8.10-cu bənddə “qeydiyyat prosedurunun ümumi müddətinin on beşinci iş günündən gec olmayaraq” sözləri “idarəedici təşkilat tərəfindən ərizəçinin innovasiya layihəsi təqdim edildiyi gündən yeddi iş günü müddətində” sözləri ilə əvəz olunsun və həmin bəndə aşağıdakı məzmunda ikinci – dördüncü cümlələr əlavə edilsin:

“Texnoparkın ekspertlər şurasının əsaslandırılmış müraciəti ilə həmin müddət iyirmi gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy bildirilmədikdə innovasiya layihəsi bu Əsasnamənin 8.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğun hesab olunur. Texnoparkın ekspertlər şurasının rəy verməsi üçün bu Əsasnamədə nəzərdə tutulan müddət ərizəçinin texnoparkın rezidenti kimi qeydiyyata alınması ilə bağlı müddətə daxil edilmir.”;

8.6. 8.11-ci bənddən “, habelə ərizədə və ona əlavə edilən sənədlərdə aşkar edilmiş çatışmazlıqlar bu Əsasnamənin 8.5-ci bəndində müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda,” sözləri çıxarılsın.

9. “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 704; 2003, № 10, maddə 563; 2004, № 12, maddə 1005; 2005, № 2, maddə 69; 2008, № 1, maddə 8; 2012, № 11, maddə 1082; 2013, № 5, maddə 497; 2014, № 9, maddələr 1027, 1067, № 10, maddə 1185; 2015, № 9, maddə 1003) ləğv edilsin.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ