Ceyhun Bayramovdan Rusiya bəyanatına münasibət
Tarix: 18-07-2023, 08:00
Baxılıb: 1 077
Google+ Paylaş
Tumblr Paylaş

Ceyhun Bayramovdan Rusiya bəyanatına münasibət

18-07-2023, 08:00

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin üçtərəfli Bəyanatı və sülh prosesini şərh edən 2023-cü il 15 iyul tarixli bəyanatına münasibət bildirib.

Nazir Rusiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Mixail Yevdokimovla görüşü zamanı deyib ki, Rusiya Federasiyası XİN-i tərəfindən qeyd edilən erməni sakinlərin “hüquq və təhlükəsizliyi” məsələsi Azərbaycanın milli qanunvericiliyi çərçivəsində həll olunacaq və bu məqsədlə erməni sakinlərlə dialoq təşəbbüsü mövcuddur.

Görüş zamanı Azərbaycan və Rusiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli müqavilələr çərçivəsində, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafının vacibliyi vurğulanıb.

Daha sonra 44 günlük Vətən müharibəsindən sonra bölgədə vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ