İsraildə yaşayan Azərbaycan nümayəndələri ölkələrimiz arasında körpülərin inşa edilməsində vacib rol oynayırlar.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı deyib.
“İsraildə yaşayan Azərbaycan nümayəndələri ölkələrimiz arasında körpülərin inşa edilməsində vacib rol oynayırlar. Azərbaycanlıların bütün dünyada diaspor təşkilatları var, lakin yalnız bir ölkədə - İsraildə onların böyük əksəriyyətini yəhudi mənşəli insanlar təşkil edir. Bu həqiqətən də bizim aramızda heç bir fərqin və ayrılığın olmadığının nümayişidir. Bizim qarşılıqlı əlaqə, dostluq, qarşılıqlı dəstəklə bağlı əsrlərə gedən tariximiz var. Azərbaycanın müstəqil ölkə olaraq sadəcə 31 yaşı olsa da, bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər bizim cəmiyyətimizin həmişə aktiv və görkəmli hissəsi olublar və bu, bu gün də belə qalır. Onlar ölkələrimiz arasında “mədəni körpülərdir”. Ona görə də, onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir”, - dövlət başçısı qeyd edib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi