Əlləri bağlı əsgərə qarşı yüzlərlə çaqqal... - Lapaytis
Tarix: 15-04-2023, 18:10
Baxılıb: 1 538
Google+ Paylaş
Tumblr Paylaş

Əlləri bağlı əsgərə qarşı yüzlərlə çaqqal... - Lapaytis

15-04-2023, 18:10

Son günlər baş verən hadisələr bizi çox şeylər üzərində düşünməyə vadar edir. Ermənilər bütün dünyanın gözü qarşısında azmış Azərbaycan əsgərini vəhşicəsinə döyürlər.

Bunu litvalı ekspert, hərbi jurnalist Riçardas Lapaytis özünün Feysbuk səhifəsində yazıb.

“Döyülmüş gənc Azərbaycan əsgərinin necə yerdə uzandığını, mülki şəxsin onun üzünə necə təpik vurduğunu görürük. Açığı, bu, dəhşətli iyrənclik hissi yaradır. Əlləri bağlı bir gənc əsgərə qarşı yüzlərlə çaqqal. Burada kişilikdən, xüsusən də insanlıqdan əsər-əlamət yoxdur”, - R.Lapaytis bildirib.

Litvalı mütəxəssis həmçinin İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasına da hiddətlənib:

“İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bayrağı yandıran Aram Nikolyandır. Ermənistanın Avropa İttifaqına inteqrasiyası buna deyilir? Ona heç orada ehtiyac varmı? Ermənistan bu cür davranışı ilə yalnız Rusiya və İranla dost olmalıdır! Ermənilər belə hərəkətlə bütün etimad körpülərini və bir çox məsələlərin sivil həllini yandırdılar. Beynəlxalq ictimaiyyət bu məsələyə reaksiya və hüquqi qiymət verməlidir”.

Hərbi jurnalistin fikrincə, bu, bəlkə də müasir idman tarixinin ən biabırçı səhifəsidir:

“Açılış mərasimində Dünya Ağır Atletika Federasiyasının və Avropa Ağır Atletika Federasiyasının prezidentləri iştirak edirdilər. Belə insidentdən sonra yarış ümumiyyətlə ləğv edilməlidir”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ