Aprelin 11-də sərhəddə baş vermiş döyüşlərdə məhv edilən erməni hərbçilərdən biri – Mkrtç Armeni Arutyunyanın Ermənistan ordusunda yüksək vəzifə tutduğu bildirilib.
Bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, o, yenicə tabor komandiri vəzifəsinə təyin edilibmiş. Onun xüsusi hazırlıqlı zabit olduğu, 2020-ci il müharibəsində də iştirak etdiyi bildirilib.
Erməni hərbçiləri onun ordu üçün “böyük itki” olduğunu deyiblər.
Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Ermənistan tərəfindən isə 4 ölü və 6 yaralı var.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi