Türkiyə və Azərbaycan Avropa bazarını qazla təmin etmək üçün yeni şirkət yaradıb.
Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz ölkə mətbuatına açıqlamasında deyib.
“Azərbaycanın milli şirkəti SOCAR Türkiyənin ən böyük investorlarından biridir. Bu əməkdaşlıq 3-cü ölkələrdə də baş tutacaq. Belə ki, BOTAŞ və SOCAR yeni şirkət yaradıblar. Biz bununla da Avropaya qaz satacağıq. Qaz ticarət mərkəzi olacağımızı demişdik. Azərbaycan da bunu dəstəkləyir. Balkan ölkələri bizdən və Azərbaycandan qaz tələb edir. Biz bu məsələ ilə bağlı birlikdə hərəkət edəcəyik”, - nazir bildirib.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur