Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə aprelin 20-də Qara dəniz qazının açılışı olacaq.
Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz ölkə mətbuatına açıqlamasında deyib.
“Bu tarixdən sonra təhlükəsizliklə bağlı bir neçə nəzarət tədbirləri həyata keçirəcəyik. May ayından etibarən isə əhalinin qazdan istifadəsi təmin olunacaq. Təbii qaz “Botaş” şirkəti vasitəsilə xətlərə paylanacaq. Biz maliyyə xərclərinə nəzarət edəcəyik. Təbii qazın istehsal dəyəri idxaldan daha yaxşı olacaq”, - nazir bildirib.
F.Dönməz eyni zamanda vurğulayıb ki, aprelin 20-də cənab Ərdoğan ən çox vətəndaşlarımızı sevindirəcək şad xəbərlər paylaşacaq:
“Bu, gündəmi dəyişdirən bir xəbər olacaq. Millətimiz də, dövlətimiz də qazanacaq”.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu