Xarici ölkələrə səyahət zamanı hava limanlarında və yaxud digər yerlərdə Azərbaycana gətirmək məqsədilə kənar şəxslərdən əşyalar götürənlər onları ölkənin gömrük sərhədində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada bəyan etməli və müvafiq gömrük ödənişlərini həyata keçirməlidir.
Bu barədə Dövlət Gömrük Komitəsinin xaricdən başqasının əşyasını gətirən şəxslərə etdiyi xəbərdarlıqda bildirilir.
"Göstərilən tələblərin kənar şəxslərdən əşyaların qəbul edilməsi zamanı nəzərə alınması tövsiyə olunur", - deyə Komitə bəyan edib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb