Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin Şabran regional idarəsinin rəisi Sabit Qurbanov və Salyan Regional İdarəsinin rəisi Babək Bəkirov öz ərizələri ilə işdən azad ediliblər.
İki idarə rəisinin öz ərizələri ilə işdən getməsinin bir neçə səbəbi var.
Bunlar - qurum tərəfindən ərazilərdə mədəni irsi öyrənmək üçün lazımi şəraitin yaradılmaması, maaşların azlığı, xidməti avtomobillərin olmaması, yanacağın verilməməsi kimi səbəblərdir.
Şabran Regional İdarəsinin sabiq rəisi Sabit Qurbanov öz ərizəsi ilə işdən getməsini təsdiqləyib. Lakin o, səbəblər barədə danışmaq istəməyib.
Bundan başqa, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin nəzarət şöbəsinin rəisi Ruslan Ənvərlinin, maliyyə sektorunun aparıcı məsləhətçisi Taleh Nəbiyevin və abidə mühafizəçisi Elcan Hüseynəliyevin də öz ərizələri ilə işdən getdikləri bildirilir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin mətbuat katibi Fariz Hüseynli məsələ barədə məlumat veriləcəyini bildirib.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb