Burun və qulaq xəstəliklərinə qarşı təbii dərmanlar bunlardır
Tarix: 4-04-2023, 12:29
Baxılıb: 1 293
Google+ Paylaş
Tumblr Paylaş

Burun və qulaq xəstəliklərinə qarşı təbii dərmanlar bunlardır

4-04-2023, 12:29

Eşitmə üzvünün, burun və boğazın klinik anatomiyasını dərindən bilmək bu üzvlərin xəstəliklərini öyrənməkdə və onların müalicəsində böyük əhəmiyyətə malikdir. Qulaq anatomik cəhətcə üç hissəyə bölünür: xarici, orta və daxili qulaq. Funksional cəhətcə qulaqda iki hissə: eşitmə aparatı və statokinetik (müvazinət və sahə hissi) aparat ayırd olunur.

Uzun illər xalq təbabətində burun və boğaz xəstəliklərinə qarşı bir neçə təbii üsuldan istifadə edilib: 

Burundan axan qanı kəsmək üçün bir xörək qaşığı kükürdü əl boyda göy satin parçanın üzərində yandırıb, xəstəni 10-15 saniyə müddətində örtük altında onunla tənəffüs etdirmək lazımdır.

Burundan axan qanı kəsmək üçün insanın baş tükünü yandırıb, onun külünün tozunu buruna çəkməli.

Burundan axan qanı yumurtanın qabığının yanığını toz halına salaraq buruna çəkməklə kəsmək mümkündür. 

Sədəfotunu sirkəyə qatıb təpitmə kimi buruna qoymaqla qanaxmanı dayandırmaq olar.

Zirəni döyüb tünd sirkə ilə qarışdıraraq onu iyləməklə və piltə kimi qoymaqla burundan axan qanı kəsmək olar.

Zəy ilə çölsoğanı şirəsinin məhlulu burundan axan qanı kəsmək qabiliyyətinə malikdir.

Burun tutulanda mərzə cövhəri ilə özünü asqırtmaq lazımdır. Eyni məqsədlə nanə və reyhan şirəsi və ya sirkə ilə özünü asqırtmaq da çox yaxşı təsir edir.

Burun yarasına qarşı tətbiq olunan vasitələrdən biri də şirin nardır. Bu məqsədlə şirin narın dənəsini əzib mis qazanda qaynadaraq bal ilə qatışdırmaq və burunda olan yaraya qoymaq lazımdır.

Burun yarası üçün ən təsirli vasitələrdən biri əzvay hesab olunur. Bu məqsədlə onu əzərək şirəsini balla qatıb buruna piltə qoymaq lazımdır.

Burunda olan artıq ətə qarşı təzə sərv qozası təsirli vasitələrdəndir. İstifadə qaydası: Sərv qozasını əzib süd ilə qatışdırmaq və buruna çəkmək lazımdır. Bu, həm də burun zədəsinə qarşı da faydalıdır.

Qaymariti müalicə etmək üçün yarım kiloqram paxlanı sirkə içərisinə töküb 2 gün islatdıqdan sonra hər gün 100 qrama qədər götürüb dəmir üstünə tökərək yandırmaq, onun tüstüsünə ağız və burunu vermək lazımdır (həmin vaxt baş şalla örtülməlidir).
Qulaqda iltihab olduqda soğan şirəsi hopdurulmuş pambığı gündə 3 dəfə 10-15 dəqiqə müddətində qulaq deşiklərində saxlamaq lazımdır.

Qulaq ağrısını sakitləşdirmək üçün…

Qulaq ağrısı zamanı gül yağı müalicəvi təsir göstərir. Bunun üçün turpun içini oyub oraya gül yağı tökərək od üzərində isidib qulağa damcılatmaq lazımdır.

Qulağa acı badam yağı damcılatmaq qulaq ağrısını sakitləşdirir.

Qaz piyi və azacıq qızdırılmış toyuq piyi iltihab zamanı qulaq döyüntüsünün qarşısını alır.

Qulaq sulanması zamanı nar şirəsini mis qazanda üçdə bir hissəsi buxarlanıncayadək qaynatmalı, qalan hissədən ilıq halda iki damcı qulağa damcılatmalı.

Qulaqda uğultu olarsa, gənəgərçək yağı və şaftalı tumunun yağını qulağa damcılatmaq məqsədəuyğundur.

Qulaqda uğultu olarsa acı badam yağı və ya qoyun ödü ilə çöl soğanı şirəsinin qatışığını qulağa damcıladırlar.

Ağır eşitmə hallarında kibritin kükürdünü buxarlandırıb qulağı onun buxarına vermək faydalı təsir göstərir.

Eşitmə qabiliyyətini gücləndirmək üçün xardalı quru əncirlə döyüb təpitmə şəklində qulağa qoymaq məqsədəuyğundur.

Eşitmə qabiliyyətini gücləndirmək üçün kərkəs piyini əridib onunla qulağa piltə qoymaq yaxşı təsir göstərir. (Bu əməliyyatı bir neçə dəfə təkrar etməli)
Söyüd yarpağı, çobanyastığı, zəncəfil, şüyüd və süsən kökündən suda cövhər hazırlayıb ilıq halda qulağa piltə qoymaq eşitmə prosesini gücləndirir.

Turpu duz ilə döyüb onun şirəsini qulağa damcılatmaq da eşitmə qabiliyyətinin güclənməsinə səbəb ola bilər.

Ana südü qulaq ağrısının şiddətini azaldır.

Badam və ya qoz yağını ilıq halda qulağa damcılatdıqda bir neçə günlüyə ağrının qarşısını alır. Eyni məqsədlə qulağa yumurta sarısı damcılatmaq da münasib sayılır.

Qulağın iltihablı ağrılarını kəsmək üçün yumurtanın ağını və sarısını gül yağı ilə qatışdırıb təpitmə kimi qulağa çəkmək çox xeyirlidir.

Qulağın iltihablı ağrılarını kəsmək üçün nardan və şərabdan hazırlanmış məlhəm də yaxşı təsir edir. 

Şirin narın dənələrini şərabda qaynadıb həvəngdə yumşalınca döydükdən sonra məlhəm kimi qulağa qoymaq lazımdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ