Tula payını yalayan daxili “qüvvələr” sabitliyi poza bilməyəcəklər
Tarix: 3-04-2023, 16:32
Baxılıb: 1 995
Google+ Paylaş
Tumblr Paylaş

Tula payını yalayan daxili “qüvvələr” sabitliyi poza bilməyəcəklər

3-04-2023, 16:32

Heç bir xarici və onların tula payını yalayan daxili “qüvvələr” ölkəmizdə qorxu
mühiti yaratmağa, sabitliyi pozmağanail ola bilməyəcəklər!
               Bunu GunAz.az-a açıqlamasında Politoloq Teyyub Qənioğlu deyib.O, qeyd edib ki,Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə, torpaqlarımızın mənfur düşmənin tapdağından azad edilməsi hələ də, başda İranın fars-molla rejimi və qatı türk  düşməni Fransa, məğlubiyyətini həzm etmək istəməyən, xarici havadarlarına arxalanan, “bəlkə də qaytardılar” xülyası ilə yaşayan  erməni faşitləri olmaqla, bədxaxlarımızın yuxusuna haram qatmaqdadır. Azərbaycanı tutduğu haqq yolundan döndərmək, dövlətimizin yürütdüyü milli, ərazi bütövlüyümüzün, bütün ərazilərimizdə süverenliyimizin bərpa edilməsinə  yönəldilmiş sülhpərvər siyasətinə təsir etmək iqtidarında olmayan   bədxaxlarımız, bütün güclərini səfərbər edərək, ölkəmizə qarşı qarayaxma kompaniyalarını getdikcə gücləndirmək, ölkəmizdə qorxu mühiti yaratmaq yolunu seçiblər. Ermənilər buna sərhəddə və  Rusiya “bədməramlıları”nın müvəqqəti yerləşdiyi ərazilərimizdə təxribatlar törətmək, yeni müharibə ilə hədələməklə,  Azərbaycana qarşı əsası olmayan hansısa beynəlxalq sanksiyaların qəbul edilməsinə çalışmaqla; Fransa Avropada tutduğu mövqedən istifadə edərək bəzi Avropa təsisatları vasitəsilə ölkəmizə qarşı heç bir əsası olmayan “qətnamələr” qəbul etdirmək, sərhədlərimizə “mülki missiya” adı altında təxribatçı hərbi missiya yeritməklə; İranın fars-molla rejimi son bir ildə sərhədlərimizdə iki dəfə geniş hərbi təlimlər keçirərək və güc nümayiş etdirərək hədə-qorxu gəlməklə, erməni seperatçılarını silah-sursatla təmin etməklə, “regionda heç bir sərhəd dəyişikliklərinə imkan verməyəcəklərini” bəyan etməklə, bu azmış kimi Tehranda Azərbaycan səfirliyinə qarşı terror aktı həyata keçirərək dövlətimizə qarşı hədələyici mesajlar verməklə nail olmaq istəyirlər. İranın ölkəmizə qarşı düşmənçilik siyasətinin bütün qırmızı xətləri keçdiyi, millət vəkili Fazil Mustafaya qarşı törədilmiş mənfur terror aktının Azərbaycanın İsraildə səfirliyinin açıldığı gündə törədilməsi  nəzərə alınarsa, onun arxasında İranın fars-molla rejiminin durduğunu əminliklə söyləmək olar. Ancaq əminliklə  demək olar ki, bədxaxlarımız heç bir halda istəklərinə nail ola, ölkəmizdə qorxu mühiti  yaratmağa nail ola bilməyəcəklər!
         Teyyub Qənioğluəlavə edib ki  Azərbaycan sürətlə inkişaf edən, iqtisadi cəhətdən kifayət qədər güclü, xarici iqtisadi əlaqələri getdikcə  inkişaf edən dövlətdir. Ancaq unutmaq olmaz ki, xarici iqtisadi əlaqələrin getdikcə güclənməsi ölkələri bir-biri ilə daha sıx bağlayır və müəyyən mənada bir-birindən asılı vəziyyətə salır. Məlumdur ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü və onun miqyyasının getdikcə artması bir çox ölkələrin, o cümlədən Azərbaycanın, xarici iqtisadi əlaqələrinə mənfi təsir göstərir,  nəticədə müəyyən iqtisadi çətinliklər yaratmaqla, xalqın sosial-iqtisadi vəziyyətinə də mənfi təsir göstərir. Bədxaxlarımız, onların verdiyi tula payını yalayanlar, bəzi radikal siyasi qüvvələr  bundan istifadə edərək cəmiyyətimizdə gərginlik yaratmağa, ölkəmizdə bərqərar olmuş sosial-siyasi sabitliyi pozmağa çalışırlar. Heç kəs ölkəmizdə xalqın güzəranına təsir edən müəyyən sosial-iqtisadi çətinliklərin olduğunu, bu çətinliklərin səbəbləri və aradan qaldırılması yolları barədə siyasi qüvvələr arasında, demokratik cəmiyyətə xas olan, fikir ayrılıqlarının olduğunu inkar etmir. Ancaq bu mənfur qüvvələr ölkəmizdə baş verən sosial-iqtisadi proseslər, onların səbəbləri və aradan qaldırlması yollarına yanaşmada siyasi qüvvələr arasında mövcud fikir ayrılıqlarına baxmayaraq, söhbət milli, dövlət mənafelərindən getdikdə bütün siyasi qüvvələrin (bəzi radikallar istisna olamqla) və xalqımızın vahid mövqedən çıxış etdiyini və edəcəklərini unutmasınlar! Son illər ölkəmizdə bərqərar olmuş yeni siyasi konfiqurasiya,Prezident Administrasiyasının “Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr” şöbəsinin iqtidar-müxalifət münasibətlərinin sivil məcraya yönəldilməsi istiqamətində apardığı məqsədyönlü  fəaliyyət bunu deməyə əsas veri ki, heç bir xarici və onların tula payını yalayan daxili “qüvvələr” ölkəmizdə qorxu  mühiti yaratmağa, sabitliyi pozmağa nail ola bilməyəcəklər!
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ