Azərbaycanın Fələstində nümayəndəliyinin açılması iki ölkə arasında əməkdaşlığı yeni mərhələyə çıxaracaq.
Bu sözləri martın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fələstinli həmkarı Riyad Əl-Maliki ilə birgə birifinqdə deyib.
Nazir Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Fələstin Dövlətinə təşəkkürünü ifadə edərək, ölkəmizin də Fələstinin sülh və sabitlik istiqamətində səylərini dəstəklədiyini bildirib. C.Bayramov Azərbaycanın Fələstin və İsrail arasında dialoq və sülh danışıqlarının tərəfdarı olduğunu deyib.
Azərbaycanın xarici işlər naziri iki ölkənin münasibətləri inkişaf etdirmək əzmində olduğunu və bunun üçün aktiv məsləhətləşmələr aparıldığını söyləyib. O, nazir müavinləri səviyyəsində tezliklə növbəti məsləhətləşmələrin keçiriləcəyi barədə məlumat verib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb